"Azərbaycandan təklif gələndə əvvəlcə bir qədər tərəddüd edirdim. Ölkəniz haqqında, buradakı futbol barəsində heç nə eşitməmişdim. Təklif sərfəli və ciddi olduğu üçün buraya gəlməyə qərar verdim». Qol.Az saytının məlumatına görə, bu sözləri «Bakı» klubunun yeni transfer etdiyi burundili futbolçu Ndayisaba Floribert deyib:. «Sırf bir təsadüf məni buraya gətirdi. Bir müddət komandanın oyunlarına baxdıqdan sonra təsəvvürüm formalaşdı. Baxışdan uğurla keçərək bu iddialı klubun üzvünə çevrildim"
Floribert Azərbaycan milli komandasının baş məşqçisi məşqçisi Berti Foqts barəsində də danışıb: "Onun kimi bir məşqçinin Azərbaycanda çalışması inanılmazdır. Foqtsu Afrikada tanımayan yoxdur. Nigeriyada onu o qədər də bəyənməsələr də, burada onun uğur qazanacağına inanıram."
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu