“Bizim əsas məqsədimiz odur ki, qrupda sonuncu yeri tutmayaq. Bunun uğurunda isə Azərbaycan millisi ilə mübarizə aparırıq. Bakıda onlarla heç-heçə etməyi bacardıq. Oktyabrın 11-də isə evdə təkrar qarşılaşma olacaq. Təbii ki, çətin oyun olacaq. Rəqib də qrupda sonuncu olmaq istəmir və əlindən gələni edəcək ki, evə 3 xalla dönsün. Biz isə, buna imkan verməməliyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri İsveçrənin “Bazel” klubunda forma geyinən Lixtenşteyn millisinin üzvü Vogt Franz-Josef deyib. Oktyabrın 11-də dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Vadutsda millimizi qəbul edəcək lixtenşteynlilərin yarımmüdafiəçisi futbolçularımızın güclü və zəif tərəflərini deyib: “Mən “Bazel”in heyətində yayda Avroliqada Azərbaycan çempionu “Bakı”ya qarşı oynadım. Ümumiyyətlə, deyə bilərəm ki, bu ölkədə texnikalı futbol oynayırlar. Azərbaycanlıların əsas silahı məhz onların texnikasıdır. “Bakı”nın futbolçuları da həddindən artıq texnikalı idilər və topla yaxşı rəftar edirdilər. Amma daha çox komanda yox, fərdi oyuna üstünlük verdiklərindən çox tez-tez top itirirdilər və biz də bunları bağışlamadıq. Böyük ehtimalla, Azərbaycan millisi də bizimlə qarşılaşmada daha çox texnikalı oyuna üstünlük verəcək”.
Qeyd edək ki, Vogt yayda Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin “Bazel” klubunun heyətində “Bakı”ya qarşı forma geyinib.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı