«Biz hazırda iki yerdə tikinti aparırıq. Biləcəri qəsəbəsində "Delfin" otelinin yanında "Bakı" klubunun bazası tikilir. 1-ı süni örtüklü olmaqla 2 standard meydança, bundan əlavə kiçik yaş qrupundan olan futbolçuların məşq etməsi üçün 1 süni örtüklü mini-futbol meydançası salınır. Həmçini 8-ci kilometr adlanan ərazidə stadionun tikintisi aparılır və çalışırıq ki, bu tikintini qısa müddətdə tamamlayaq». Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının rəsmi saytına verdiyi müsahibədə «Bakı» klubunun prezidenti Hafiz Məmmədov bildirib. Onun sözlərinə görə, stadionda bəzi işlər artıq görülüb: «İndi son qərar mütəxəssislərindir. Tikintinin nə vaxt başa çatacağını məhz onlar deyə bilərlər. Onu da əlavə edim ki, "Bakılı" klubu həmin stadionda süni örtük salmağı planlaşdırırdı. Lakin qərara gəldik ki, yeni stadionda təbii ot örtüyü olsun».
H.Məmmədov onu da deyib ki, "Bakı" klubu üçün Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən bir torpaq sahəsi ayrılıb: «Bu "Qum adasi" deyilən yerdədir. Orda da futbol yönəmli internat məktəb tikməyi planlaşdırırıq. Burada da süni ot örtüyü ilə meydança salınacaq».
«Bakı»nın gənc klub olduğunu deyən H.Məmmədov bu müddətdə az iş görmədiklərini söyləyib: «Ümid edirəm ki, 2009-cu ildə qarşıya qoyulmuş məqsədlərin 70 faizinə çatacağıq».
Bu il çempionatın səviyyəsi xeyli artdığını vurğulayan H.Məmmədov bildirib ki, əgər əvvəllər 3-4 klub çempionluq uğrunda mübarizə aparırdısa, bu il, iddialıların sayı 7-ə çatıb: «Birinci dövrədən sonra turnir cədvəlinə baxanda görürük ki, I və VII pillə arasında 7 xal fərq var. Məncə, bu elə böyük üstünlük deyil. Bu da çempionatın səviyyəsinin artmasından xəbər verir. Düşünürəm ki, qış fasiləsində klublar daha ciddi hazırlıq keçərək, II dövrədə daha maraqlı futbol nümayiş etdirəcəklər».
H.Məmmədov "Bakı"nın həmişə iddialı klub olduğunu söyləyib: «Bu mövsüm də istisna deyil. Amma bu il biz əsas komanda ilə yanaşı uşaq futboluna da diqqət artırmışıq. Gələcək qələbələrimizin əsasını indidən qoymuşuq».
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi