Kemal Alispahiç: "Bizim üçün rəqibin kimliyi əhəmiyyət daşımır"

Kemal Alispahiç: "Bizim üçün rəqibin kimliyi əhəmiyyət daşımır"
XƏBƏR 30 Sentyabr 2009 / 15:01 1998
-  A +

Sentyabrın 28-dən etibarən məşqlərə başlayan UniBank Premyer Liqanın şərikli liderlərindən “Muğan” çempionatın son turunda “Xəzər Lənkəran”a məğlubiyyəti unutmaq istəyir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Kemal Alispahiç komandasını çempionatın 7-ci turunda “İnter”lə keçiriləcək matça ciddi hazırlaşdırır. “Son oyunda cənublulara məğlub olmağımıza baxmayaraq, məzmunlu oyun nümayiş etdirdik. Nəticə məni qane etməsə də, futbolçuların performansından razı qaldım. Keçmişi unudub gələcəyə baxmaq lazımdır.” Baş məşqçi “İnter” haqqında da öz fikirlərini bildirib: “İnter” çempionatın güclü komandalarından biridir və eyni zamanda çempionluğa real namizəddir. Bizim üçün rəqibin kimliyi əhəmiyyət daşımır. Biz istənilən oyuna qələbə üçün çıxırıq”.


Son xəbərlər