Azərbaycan-Rusiya oyununun biletləri satışa çıxarıldı

Azərbaycan-Rusiya oyununun biletləri satışa çıxarıldı
XƏBƏR 30 Sentyabr 2009 / 11:53 2141
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Rusiya oyununun biletləri satışa çıxarılıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, biletləri oyunun keçiriləcəyi stadionun kassalarından,  AFFA-nın inzibati binasının ərazisindəki «Fan shop»dan, «Nərgiz» Ticarət Mərkəzindən və Caspian Plazadan almaq mümkündür. Biletlərin qiymətləri 2-10 manat arasında dəyişir. Vip sektorlara biletlərin qiyməti isə 50 manatdır. 

Son xəbərlər