“Bülənt Qorxmazın Azərbaycana gəlişi gözəl haldır. Amma yaxşı olardı ki, o, mövsümün əvvəllərində komandanın başına gətiriləydi. Çünki o zaman komandanı və Azərbaycan futbolunu daha yaxından tanımış olacaqdı. Hazırkı vəziyyətdə isə işi çox çətin olacaq. Çünki, “Bakı”da çoxlu problemlər var. Mən bu komandanın hazırkı durumunu “Qarabağ”ın ötən mövsümün əvvəlində düşdüyü durumla müqayisə edərdim. Həmin vaxt Ağdam klubu da analoji vəziyyətdə idi”. Bu sözləri Qol.Az-a açıqlamasında Bülənt Qorxmazın “Bakı”ya baş məşqçi gəlməsinə münasibət bildirən “Qarabağ”ın sabiq fiziki hazırlıq üzrə məşqçisi, uzun müddət “Qalatasaray”ın məşqçilər korpusunda yer alan Mehmet Ak deyib. Ak Qorxmazı tərifləməklə bərabər, onun zamana ehtiyacı olduğunu da qeyd etməyi unutmadı: “Bakı”nın “Standard”la son oyununu televiziya vasitəsi ilə izlədim. Bu komandada sürətli oyun çatışmırdı. Düşünürəm ki, Bülənt hocanın işi çox olacaq. Məncə ona vaxt vermək lazımdır. Həm də unutmayaq ki, Azərbaycanın futbol tərbiyəsi, bünövrəsi ilə Türkiyəninki arasında böyük fərq var. Amma Büləntin Azərbaycanda uğur qazanacağına inanıram. Onun ən böyük üstünlüyü isə başına topladığı məşqçilər korpusu ilə gözəl münasibət qura bilmək bacarığıdır”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı