"Simurq" klubu yanvarın 15-də təlim-məşq toplanışına başlayır. Qol.Az-ın məlumatına görə, bu barədə hazırda vətəni Ukraynada olan komandanın baş məşqçisi Roman Pokora bildirib. Onun sözlərinə görə, komanda bir araya Zaqatalada gələcək: «Zaqatalada 8-10 günlük ilkin toplanış keçəcəyik. Bu toplanışda əsasən fiziki hazırlığa diqqət yetirəcəyik. Gürcüstan toplanışına kimi lazımi fiziki özülü qoymaq vacibdir. Yanvarın 25-də Tbilisidə 15 günlük təlim-məşq toplanışı start götürəcək. Fevralın ikinci ongünlüyünə kimi qonşu ölkədə olacağıq. Burada qüvvəmizi bir neçə yoxlama oyunlarında sınayacağıq. Rəqiblər yerli kollektivlər və bizimlə eyni vaxtda Gürcüstanda hazırlıq keçməyə gəlmiş komandalar olacaq. Bizi Tbilisidə hər şərait qane edir. Futbolçuların turnirə yaxşı hazırlaşması üçün yüksək səviyyəli mehmanxananın, yaxşı ot örtüyünə malik meydançaların və iş ab-havasının olması vacibdir. Bütün bunlar da Gürcüstanda olacaq".
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu