Valdas İvanauskas: “Növbəti xalımızı qazandığımıza sevinirik”

Valdas İvanauskas: “Növbəti xalımızı qazandığımıza sevinirik”
XƏBƏR 26 Sentyabr 2009 / 21:05 1919
-  A +

"Bütün futbolçularımı təbrik etdim. Çox ağır oyun oldu. Hesabı açsaq da, sonradan məğlub vəziyyətə düşdük. Amma yekunda 2:2 hesablı bərabərliyə nail ola bildik.” Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la bu gün keçirilən VI tur matçından sonra “Standard”ın baş məşqçisi Valdas İvanauskas deyib. Litvalı mütəxəssis qarşıdakı oyunlarda ilk qələbələrini qazanacaqlarına inandığını deyib: “Növbəti xalımızı qazandığımıza sevinirik. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etməyə çalışacağıq."

 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner