Qurban Qurbanov: “Bakı” üzərində qələbəyə böyük ehtiyac duyurduq”

Qurban Qurbanov: “Bakı” üzərində qələbəyə böyük ehtiyac duyurduq”
XƏBƏR 26 Sentyabr 2009 / 18:18 2193
-  A +

“İlk növbədə azarkeşlərə təşəkkür edirəm ki, gəlib, bu gün hər iki komandaya dəstək verdilər. Oyun çox mühüm əhəmiyyət daşıyırdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc məşqçi bildirib ki, komandası “Bakı” üzərində qələbəyə böyük ehtiyac duyurdu: “Qalib gəldiyimizə görə çox şadam. Çünki bu matçda qələbə bizim üçün böyük əhəmiyyət daşıyırdı. Son turlardakı uğursuzluğu unutdurmaq üçün “Bakı” üzərində qələbəyə böyük ehtiyac duyurduq”. 

Daha çox


Son xəbərlər
topaz banner