Bu gün "Bakı-2015 Avropa Oyunları" Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının altı nəfər üzvünün iştirakı ilə güləş idman növünün nümayişi keçirilib.
Qol.Az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, güclü idmançılar bir sıra yoldaşlıq oyunlarında işçi heyətinin 500 nəfərdən çox üzvü qarşısında öz bacarıqlarını və texniki fəndlərini nümayiş etdiriblər.
"Bakı-2015 Avropa Oyunları" Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib:
“Gərgin iş qrafiki ilə vaxt ayırıb bacarıqlarını bizim əməkdaşlarımıza nümayiş etdirdikləri üçün Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk. Güləş gələn il keçiriləcək İlk Avropa Oyunlarında çox populyar idman yarışı olacaqdır. Belə ki, Azərbaycanın bir sıra gənc idmançılarının ofisimizə gəlməsi bizim üçün şərəf oldu”.
Azərbaycan Güləş Federasiyasının baş katibi və güləş nümayişinin izahında köməklik göstərmiş Əjdər Cəfərov da tədbir iştirakçılarının arasında idi.
Ə.Cəfərov deyib: “Gənc idmançılarımız "Bakı-2015" komandasının üzvlərinə öz istedadlarını nümayiş etdirmək imkanı əldə etdilər.
Biz gələn il keçiriləcək "Bakı-2015 Avropa Oyunları"nda öz ölkəmizi təmsil etməyi böyük səbirsizliklə gözləyir və oyunlar başlayanda bütün Azərbaycanın qürur hissi duyacağına ümid edirik”.
Kişilər üzrə Sabutay Amışov və Fizuli Hüseynov (sərbəst güləş), İsmayıl Məmmədov və Pərvin Abdullayev (Yunan-Roma güləşi), qadınlardan isə Sahilə Ocaqverdiyeva və Adelina Mirzəyeva güləş idmanı nümayişində iştirak etmiş yeniyetmə güləşçilər idi.
Gələn il keçiriləcək Avropa Oyunlarında güləş idmanı üzrə yarışlar altı gün müddətində Heydər Əliyev adına Arenada keçiriləcək və orada təxminən 480 idmançı 24 qızıl medal uğrunda mübarizə aparacaq.
Yuxarı
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü