Valdas İvanauskas: “İnanıram ki, Yevlaxdan uğurlu nəticə ilə dönə biləcəyik”

Valdas İvanauskas: “İnanıram ki, Yevlaxdan uğurlu nəticə ilə dönə biləcəyik”
XƏBƏR 25 Sentyabr 2009 / 16:42 1902
-  A +

“Bakı” ilə oyun artıq arxada qaldı. Biz həmin oyundakı nəticəni futbolçuların duş qəbul edib, paltardəyişmə otağını tərk etdikləri andan unutmuşuq. İndi bütün diqqətimiz Yevlaxda keçiriləcək görüşə yönəlib” Qol.Az-ın məlumatına görə, bu sözlıri sabah Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində Yevlaxda “Karvan”ın qonağı olacaq Sumqayıtın “Standard” klubunun baş məşqçsi Valdas İvanauskas deyib. Litvalı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini də bildirib:  “Karvan”la qarşılaşma çətin keçəcək. Amma son iki turdakı əzmkar və istəkli oyunumuzu orada da ortaya qoymaq istəyirik. İnanıram ki, evə uğurlu nəticə ilə dönə biləcəyik”.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner