Növbəti mövsümdən «Olimpik» klubu «Olimpik-Şüvalan» adı altında çıxış edəcək. Qol.Az-ın məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O, klubların adının dəyişməsinin AFFA-nın deyil, komandaların öz səlahiyyətləri daxilində olduğunu deyib. R.Abdullayevin dediyinə görə, «Olimpik»in Şüvalan qəsəbəsində stadionu olacaq. AFFA prezidenti hesab edir ki, bundan sonra həmin komandanın azarkeş ordusu da çoxalacaq.
R.Abdullayev komandanın adının dəyişməsiylə bağlı «Bakı»nın prezidenti Hafiz Məmmədovla söhbət etdiyini deyib: «Bildirdim ki, ad dəyişməsə, azarkeş baxımından probleminiz olacaq».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu