Qurban Qurbanov təqvimin sıxlığından gileyləndi

Qurban Qurbanov təqvimin sıxlığından gileyləndi
XƏBƏR 23 Sentyabr 2009 / 19:29 2178
-  A +

“Komandamız ardıcıl olaraq 3 gündən bir meydana çıxır. Təqvimin sıx olması futbolçularda yorğunluq yaradır. Məhz bu səbəbdən bəzi oyunçulara istirahət hüququ vermişdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib: “Gənc oyunçulara da şans vermək lazımdır ki, onlar da özlərini göstərsinlər. Mübarizəmizi davam etdiririk. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaraq, xal ehtiyatımızı artıraq”. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner