Mehmet Akın növbəti qələbəsi

Mehmet Akın növbəti qələbəsi
XƏBƏR 23 Sentyabr 2009 / 15:34 2107
-  A +

“Qarabağ”ın sabiq fiziki hazırlıq üzrə məşqçisi Mehmet Akın baş məşqçisi olduğu “Niluferspor” Türkiyə çempionatının 3-cü divizionundakı uğurlu çıxışını davam etdirir. Qol.Az-ın məlumatına görə, Akın komandası bu dəfə evdə “Alıbeyköy”ü 1-ci dəqiqədə vurulan qolun hesabına 1:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarının sayını 13-ə çatdırahn “Niluferspor” liderliyini davam etdirir.


Son xəbərlər