Ağdamın Quzanlı qəsəbəsindəki Quzanlı Olimpiya Kompleksinin stadionu bu gün Azərbaycan Premyer Liqasının ikinci turundan təxirə salınmış “Qarabağ”-“Qəbələ” matçının keçirilməsinə tam hazırdır. Bu məlumatı Qol.Az-ın əməkdaşı ilə söhbətində adıçəkilən arenanın direktoru Vaqif Balakişiyev deyib. Onu sözlərinə görə son günlər ölkə ərazisində yağan güclü yağışlara baxmayaraq onlar qazonu bacardıqları qədər yaxşı vəziyyətdə saxlamağa nail olublar. Hazırda isə Ağdamda hava tutqun olsa da, yağış müşahidə olunmur. Qeyd edək ki, “Qarabağ”-“Qəbələ” matçı saat 16:00-da başlanacaq və “İdman-Azərbaycan” telekanalı ilə canlı yayınlanacaq.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video