"Bakı" dünəndən etibarən Premyer Liqasının ikinci turundan təxirə salınan və sabah keçiriləcək “Standard”la oyunun hazırlıqlarına başlayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “zolaqlılar”ın dünənki məşqi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesinə isinmə hərəkətləri ilə start verilib. Daha sonra isə futbolçular qaçış və topla sərbəst hərəkətlər icra ediblər. “Bakı” bu gün oyunqabağı son qməşini də Respublika stadionunda keçəcəklər. Daha sonra komanda üzvləri təlim-məşq toplanışına yığışacaqlar. Həmişə olduğu kimi “zolaqlılar” bu dəfə də “Musado” otelində məskunlaşacaq.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video