Uzun müddətdir zədədən əziyyət çəkən “Qarabağ”ın və Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov çərşənbə günü keçiriləcək Azərbaycan Premyer Liqasının birinci turundan təxirə salınmış “Qəbələ” matçında meydana çıxa biləcək. Bu haqda məlumatı Qol.Az-a Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl verib. Çəlikəl Rəşadın artıq heç bir probleminin qalmadığını bildirib: “Rəşadın durumu tam qaydasındadır. O, sağalıb və oynamağa tam hazırdır. Əgər baş məşqçi meydana buraxamağa qərar verərsə, “Qəbələ”yə qarşı oynaya biləcək”.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video