19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının Bakıda təşkil olunan ilkin seçmə mərhələ oyunları çərçivəsində bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilmiş Ukrayna - Kipr qarşılaşmasından sonra Kipr millisinin baş məşqçisi Luiza Anastasiou AFFA-nın rəsmi internet saytına oyun haqda fikirlərini bildirib: “Yeni yaranmış komandayıq. Buna baxmayaraq, pis oynamadıq. Sözün açığı, komandamdan belə yaxşı oyun gözləmirdim. İki dəfə qol vurmağa yaxın olduq. Təəssüf ki, bu imkanlardan istifadə edə bilmədik. Məğlub olmağımıza baxmayaraq, şansımız qalır. Çünki qarşıda hələ iki oyunumuz var”.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi