Vadim Vasilyev "Xəzər-Lənkəran"da

XƏBƏR 22 Dekabr 2008 / 17:09 3379
-  A +

İqor Ponomaryovun gəlişi ilə məşqçi korpusunu yeniləyən "Xəzər-Lənkəran" daha bir keçmiş futbolçu ilə anlaşıb. Qol,Az-ın məlumatına görə bu yaxınlarda futbolçu karyerasını başa vurmuş Vadim Vasilyev cənub klubunun məşqçilərindən olacaq. Vasilyevlə rəsmi müqavilənin sabah imzalanacağı gözlənilir. Qol.Az saytına müsahibəsində V.Vasliyev bu barədə belə deyib: “Doğrusu, mən də eşitmişəm. Hamı zəng vurub, təbrik edir. Hər halda doğru xəbər olar. Amma mən hələ bunu nə təkzib, nə də  təsdiq edə bilərəm. İnşallah həftə sonu hər şeyə aydınlıq gələcək”. Xatırladaq ki, bir qədər əvvəl İqor Ponomaryov Samir Ələkbərovu da məşqçi korpusuna gətirmişdi.

Son xəbərlər