Millimiz hər seçmə görüşdən əvvəl heyətlə bağlı sıxıntılar yaşayır.Ölkədə səviyyəli oyunçu qıtlığı olduğundan seçim etmək imkanı da daralır.Əlbəttə, o başqa söhbətin mövzusudu ki,bu problemin həlli üçün ilk növbədə uşaq futboluna qayğı göstərilməsi əsasdı. Ancaq indiki şəraitdə uşaq futbolunun inkişafını gözləsək, vəziyyət indikindən fərqli olmayacaq. Yəni hələ 5-10 il də davamlı yenilgiləri izləmək məcburiyyətində qalacağıq. Bəs, indiki şəraitdə çıxış yolu nədi? GÜCLÜ SELEKSİYA.....
Bəli, indiki dövrdə yalnız güclü seleksiya sayəsində nisbətən indikindən yaxşı vəziyyətə ümid etmək olar. Misal olaraq Türkiyə millisini göstərmək olar. Çoxları yəqin bilməmiş olmaz ki,qonşularımızın heyətindəki futbolçuların bir çoxu Türkiyə yox, məhz alman futbolunun yetirməsidi. Sadəcə olaraq, türklər uğurlu seleksiya siyasəti həyata keçirərək vaxtında həmin futbolçuları yığmaya cəlb etdilər. Xəlil və Həmid Altıntop,Yıldıray Baştürk və s. futbolçuları buna bariz nümunə kimi göstərmək olar. Əgər Anadolu türkləri bu siyasətdən belə bacarıqla yararlanırsa, bəs, biz niyə bunu təkrarlamayaq?
Anadolu türkləri kimi azərbaycanlılar da dünyada yetərincə geniş yayılmış millətlərdən hesab olunur.Yalnız bir faktı yada salmaq kifayətdir ki, dünyada azərbaycanlıların sayı 50 milyondan artıqdır. Deməli, biz millinin heyətini müəyyənləşdirərkən yalnız ölkəmizə deyil, azərbaycanlıların kompakt yaşadığı qonşu ölkələrə də nəzər yetirməliyik.Təbii ki, bu vaxt ilk növbədə yada şimal qonşumuz Rusiya düşür. Bildiyiniz kimi, Rusiyada iki milyona yaxın soydaşımız yaşayır. Hazırda Rusiyada millimizə dəvət edə biləcəyimiz futbolçuları nəzərdən keçirərkən ilk növbədə Aleksandr Səmədov yada düşür. Amma dağıstanlı olan, lakin vaxtilə aşağı yaşlılardan ibarət yığmamızın (U-19) şərəfini qorumuş Qroznı “Terek”inin hücumçusu Lahiyalovu da yaddan çıxarmaq olmaz. Bu iki futbolçudan başqa Rusiyanın klublarının aşağı yaş qruplarında forma geyən azərbaycanlı yeniyetmə futbolçular da var. Məncə, onları indidən aşağı yaşlılardan ibarət millimizə cəlb etmək lazımdı.
İndi isə keçək ən çox azərbaycanlının yaşadığı ölkəyə.....yəni İrana. Otuz milyon soydaşımızın yaşadığı ölkədə həmyerlilərimiz heç də futbola biganə deyil. Buna bariz nümunə kimi İran millisinin tarixinə ən çox qol vuran oyunçu kimi düşən Əli Daeini göstərmək olar. İndi bəlkə də İranda neçə-neçə Daeilər yetişməkdədi, biz isə bundan xəbərsizik. Əgər biz həmin oyunçuları üzə çıxardıb iranlılardan qabaq millimizə cəlb etsək, bu, ancaq millimizin xeyrinə işləyər. Bunun üçün də hazırda İranın birinci və ikinci liqalarında yarışan Cənubi Azərbaycan klublarını nəzarətdə saxlamaq lazımdı. Məsələn, Təbrizin “Maşınsazi”,”Traktorsazi”,Ərdəbilin və digər şəhərlərin klublarını nəzarətdə saxlamağa dəyər.
Nəzər yetirəcəyimiz üçüncü ölkə qardaş Türkiyədir. Bildiyiniz kimi, Türkiyənin Qars və İğdır kimi rayonlarında yetərincə azərbaycanlı yaşayır.Həmin bölgələrin klubları Türkiyənin üçüncü dərəcəli liqalarında yarışsa da hər halda orada da gənc və perspektivli futbolçuları tapmaq mümkündü .. Elə götürək hazırda Türkiyə millisinin əsas müdafiəçilərindən sayılan Sərvət Çətini. Bu futbolçunun iğdırlı olduğunu türk futbolu ilə yaxından maraqlananlar bilməmiş olmaz.
Gördüyünüz kimi, bu ölkələrin hər birindən ən azı üç-dörd səviyyəli futbolçu bəxş edə bilsək, milli komandalarımız yüksək nəticələr qazanar. Hələ yuxarıda adını çəkmədiyim, amma soydaşlarımızın heç də az yaşamadığı Gürcüstan, Almaniya, Qazaxıstan və s. kimi ölkələri də nəzərə alsaq, nə qədər istedadın başqa ölkələrdə diqqətimizdən kənarda qaldığı aydınlaşar.Yetkin, bacarıqlı futbolçu tapa bilməsək belə, oradakı perspektivli gənc yeniyetmələri ölkəmizə cəlb etməklə daha uğurlu gələcəyə ümid etməyə dəyər. Həm də axı Azərbaycan milli komandası yalnız Azərbaycan Respublikasının vətəndaşlarının yox, həm də bütün AZƏRBAYCANLILARIN komandasıdı....Elə isə vaxt itirmək olmaz.
Elnur HƏMIDOV
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu