Bu gün AFFA və Türkiyənin “Fənərbağça” klubları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Fənərbaxça Faruk İlqaz” bazasında keçirilən mərasimdə rəsmi anlaşmaya AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Fənərbazça”nın prezidenti Əziz Yıldırım imza atıb.
Qarşılıqlı razılığa əsasən, Azərbaycanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandaları “Fənər”dəki həmyaşıdları ilə birgə hazırlıq və təlimlər keçirəcək. Əziz Yıldırım çıxışında bu müqaviləni Türkiyə və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin futboldakı yeni təzahürü kimi dəyərləndirib. Rövnəq Abdullayev isə AFFA ilə “Fənərbaxça” arasındakı anlaşmanın Azərbaycan futbolunun inkişafına böyük kömək göstərəcəyini vurğulayıb: “İyulun 13-dən etibarən ölkəmizin 15 yaşadək milli komandası burada məşqlər keçirir. Onlar 1 ilədək burada hazırlaşacaqlar. İnanıram ki, “Fənərbaxça” klubunda Azərbaycan futbolu üçün yeni futbolçular hazırlanacaq”.
Müqavilə imzalandıqdan sonra Abdullayev Yıldırıma arxasında “Aziz Yıldırım” yazılan Azərbaycan millisinin formasını hədiyyə edib. Tədbirə “Fənərbaxça” rəsmiləri, klubun baş məşqçisi Kristof Daum, məşqçilər, bir neçə futbolçu ilə yanaşı, 15 yaşlılardan ibarət millimiz qatılıb.
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu