AFFA-da bir çox tədbirlərə mükafatlar qoyan “Hyundai auto Azerbaijan” dekabrın 25-də, saat 14:00 federasiya ilə əməkdaşlıq haqda müqavilə imzalayacaq. Müqavilənin detalları hələlik açıqlanmasa da, güman edilir ki, “Hyundai auto Azerbaijan” milli komandaya da köməklik edəcək. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərmanoğlunun Qol.Az saytına bildirib ki, əməkdaşlığın detalları müqavilə imzalandıqdan sonra açıqlanacaq: “Hyundai auto Azerbaijan”la biz çoxdandır ki, işləyirik. Onlar Lənkəranda keçirilmiş “Top Festivalı”na qiymətli hədiyyələr qoymağı nəzərdə tutmuşdular. Bununla yanaşı AFFA-nın bir çox tədbirində fəal iştirak ediblər. Buna görə də onlarla rəsmi müqavilə imzalamaq qərarına gəldik. Konkret olaraq əməkdaşlığın detalları isə dekabrın 25-dən sonra açıqlanacaq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"