“Xəzər-Lənkəran” “Standard”ı məğlub etdi

XƏBƏR 4 Sentyabr 2009 / 20:09 2072
-  A +

Azərbaycan Premyer liqasında yaranan fasilədən istifadə edən “Xəzər-Lənkəran” bu gün yoxlama görüşü keçirib. Qol.Az-ın məlumatına görə, Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda “Standard”la qarşılaşan cənub klubu 2:1 hesabı ilə qalib gəlib. Komandanın qollarına Ramazan Abbasov və Kazım Kazımlı, “Standard”ın qoluna isə uruqvaylı futbolçu Rikelme imza atıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner