Petri Pasanen: “Azərbaycanlı futbolçulardan heç kimin adını çəkə bilmərəm”

Petri Pasanen: “Azərbaycanlı futbolçulardan heç kimin adını çəkə bilmərəm”
XƏBƏR 4 Sentyabr 2009 / 19:44 2533
-  A +

“Mən düşünürəm ki, sabahkı oyun çətin olacaq. Başqa cür də ola bilməz”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Finlandiya millisinin üzvü Petrik Pasanen deyib. Təcrübəli futbolçu millimizin üzvlərindən heç kimin adını çəkə bilməyib: “Son oyunda uduzmuşuq. Ona görə də bu matçda qələbə qazanmalıyıq. Azərbaycan millisinin futbolçularından kiminsə adını çəkə bilmərəm. Onları ancaq meydanda görərkən sifətdən tanıyacağam”.


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner