"Qarabağ"da ilin ən yaxşısı: Maksim Medvedev

XƏBƏR 18 Dekabr 2008 / 23:31 3293
-  A +

Ağdamın "Qarabağ" komandasının kollektivi - rəhbərlikdən tutmuş məşqçilərə, futbolçulardan tutmuş texniki heyətə qədər - hamı klubda ilin ən yaxşısını müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə gənc müdafiəçi Maksim Medvedev hamıdan çox 276 xal toplayaraq 2008-ci ilin ən yaxşısı olub. Ondan cəmi 1 xal geri qalan digər gənc futbolçu Vaqif Cavadov səsvermədə 2-ci yeri tutub. Komandanın kapitanı, təcrübəli Aslan Kərimov isə 271 xalla 3-cü yerlə kifayətlənib.

Son xəbərlər