Azərbaycanın ictimai-siyasi və idman qəzetləri bu gün «Bakı» və «Qarabağ» komandasının avroliqanın pley-off mərhələsinin təkrar qarşılaşmasıyla bağlı geniş yazılar dərc ediblər.
«525-ci qəzet» «Qarabağ»ın direktoru Əmrah Çəlikəllə geniş müsahibə yayımlayıb. Müsahibədə Çəlikəl «Qarabağ»ın tarix yazmağa yaxın olduğunu, komandasından yalnız uğur gözlədiyini bildirib.
«Ədalət» qəzetinin manşet yazısı isə birbaşa «Qarabağ» komandasıyla bağlıdır. «Hamı qələbə üçün, hamı «Qarabağ» üçün!» başlıqlı məqalədə Ağdam klubuna bugünkü oyunda uğurlar arzulanıb, komandamıza azarkeş dəstəyinin vacibliyi vurğulanıb. «Bu gün Azərbaycan futbolunda yeni bir tarix yazıla bilər. Tarixi qələbənin təkcə şahidi yox, həm də iştirakçısı olmağın özgə ləzzəti var. Qələbəni birlikdə qazanaq, qoy Avropada «Qarabağ» rüzgarı əssin» - deyə yazıda bildirilir.
«Yeni Müsavat» qəzetindəki «Qarabağ»la «Bakı»: tamam, yoxsa davam» başlıqlı yazıda bugünkü oyunların komandalarımız üçün çətin keçəcəyi vurğulanıb. Yazı müəllifi «Bakı»nın növbəti mərhələyə keçmək şansının az, «Qarabağ»ın isə çox olduğu qənaətindədir.
«Zerkalo» qəzetinin fikrincə isə, komandalarımız yalnız möcüzə sayəsində növbəti mərhələyə vəsiqə əldə edə bilər.
«Exo» qəzeti də «Qarabağ»ın və «Tvente»Nin baş məşqçilərinin dünənki mətbuat konfransındakı fikirlərini geniş yer ayırıb. Qəzet «Tvente»nin baş məşqçisi Stiv Maklarenin bu fikirlərini başlığa çıxarıb: «Qarabağ»ın nə qədər qol vurması vacib deyil, əsas odur ki, biz qol vurmaq niyyətindəyik».
«Futbol +» qəzeti manşet yazısında «Bakı»dan möcüzə gözlədiyini bildirib.
«Futbol dünyası» qəzetinin fikrincə, «Qarabağ» növbəti uğurun bir addımlığındadır. Qəzet hesab edir ki, bu gün «Bakı» möcüzə etməyə çalışacaq».
«Futbol+qol» qəzeti isə «Tvente»nin baş məşqçisi Stiv Maklarenin bu fikirlərini manşetə çıxarıb: «Qarabağ»a 2:0 uduzmaq? Bu, olmayacaq».
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər