Avropa Liqasının püşkü sabah atılacaq

XƏBƏR 27 Avqust 2009 / 10:10 2069
-  A +

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək. UEFA Super Kuboku uğrunda "Barselona" və "Şaxtyor" klubları arasında keçiriləcək oyundan öncə Monakoda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan klublarımız "Bakı" və "Qarabağ" bu gün keçirəcəkləri cavab görüşlərində uğur əldə edəcəkləri təqdirdə yarışın qrup mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Mənbə: pfl.az


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?