“Bakı”nı Bazeldə əlliyə yaxın həmyerlimiz dəstəkləyəcək

XƏBƏR 27 Avqust 2009 / 06:56 2026
-  A +

“Bazel”lə oyunda “Bakı”nı dəstəkləyənlər arasında İsveçrədə yaşayan həmyerlilərimiz də olacaq. Qol.Az-ın Bazeldə olan müxbirinin məlumatına görə, İsveçrədə ümumilikdə qeydiyyatda olan 300 azərbaycanlı yaşayır. Lakin sabahkı matçda onlardan yalnız 30-35-i komandamızı dəstəkləyəcək. Eyni zamanda Fransada yaşayan həmyerlilərimizdən 15-i də “Bakı”nın oyununu izləmək üçün Bazelə gələcək.
Eyni zamanda “Bakı”nı İsveçrədə yaşayan 30-a yaxın Türkiyə vətəndaşı da dəstəkləyəcək. “Bakı” klubunun rəsmiləri onları da biletlə təmin edəcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner