Son Azərbaycan çempionu “Bakı” sabah Avropa Liqasının pley-off mərhələsinin təkrar qarşılaşması çərçivəsində İsveçrənin Bazel şəhərində yerli “Bazel”lə üz-üzə gələcək. Qol.Az-ın məlumatına görə, yerli media komandamıza qarşı böyük diqqət göstərməsə də, bunu edənlər də var. Konkret olaraq “Basler Zeitung” qazeti özünün son nömrəsində “Bazel” - “Bakı” matçına toxunub. Yazıda Azərbaycanla İsveçrə futbolu arasında olan bağlılıqlar və tarixi faktlar öz əksini tapıb. Xüsusilə, 1996-cı ilin unudulmaz 31 avqustu, Azərbaycanın İsveçrə millisi üzərindəki tarixi qələbəsi (1:0) xatırlanıb. Eyni zamanda “Bakı”nın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu və ümumiyyətlə, Bəhramovun kimliyi haqqında isveçrəli oxuculara məlumat verilib. Yazının “Bakı” haqqında olan hissəsində isə komandamızın təkrar oyundakı şansları dəyərləndirilib. Bu zaman isveçrəli həmkarlarımız Feliksi çox təhlükəli hücumçu kimi qələmə veriblər: “Bakı” ilk oyunda məğlub olduğundan yəqin ki, İsveçrəyə ancaq qələbə üçün gəlib. Rəqibin heyətində çox təhlükəli və texniki cəhətdən güclü futbolçular var. İlk matçda bunun şahidi olduq. Amma unutmaq olmaz ki, “Bakı”nın heyətində, "nəhəng", olduqca təhlükəli başqa bir futbolçu da var. Bu, braziliyalı Feliks Almeydadır. Düzdür, cəza səbəbindən bu futbolçu Bakıda meydana çıxa bilməmişdi. Amma İsveçrədə oynayacaq. Bir sözlə, ondan ehtiyatlı olmaq lazımdır. Əgər, bu futbolçu baş məşqçi Haciyevski tərəfindən oynamaq şansı qazansa, “Bazel”in müdafiəçilərinin işi çox çətin olacaq”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"