Gələn ilin yanvarında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin mükafat fondu olmayacaq. Bununla bağlı Rusiya Futbol İttifaqının Yarışların Keçirilməsi Departamentinin direktor müavini Boris Pronin rəsmi açıqlama verib. O bildirib ki, mükafat fondu turnirin əsasnaməsinə uyğun olaraq nəzərdə tutulmayıb: “Turnirin qalibi olan komandaya medallar və xüsusi kubok təqdim olunacaq. Bu mükafat keçici deyil. Yəni, kubok birinci olan komandada həmişəlik qalacaq. Bu dəfə kubokun alınması bizə 1000 dollara başa gəlib”.
Qeyd edək ki, turnirdə Azərbaycanı təmsil edəcək son çempion Bakının “İnter” klubu debütantdır.
Mənbə: apasport.az
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"