Millimiz dördüncü yeri tutub

Millimiz dördüncü yeri tutub
XƏBƏR 24 Avqust 2009 / 11:28 2104
-  A +

Çimərlik futbolu üzrə Avropa Liqasının Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində təşkil olunmuş Super kubok mərhələsində Azərbaycan milli komandası çıxışını başa vurub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, son oyunda futbolçularımız Belarus millisi ilə qarşılaşıb. Oyun 3:2 hesabı ilə belaruslu futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Elvin və Elşad Quliyevlər fərqlənib. Bu nəticədən sonra millimiz Super kubok mərhələsinin B qrupunda dördüncü yeri tutub.
Xatırladaq ki, ilk oyunda Yunanıstan millisinə 2:5 hesabı ilə məğlub olan millimiz ikinci qarşılaşmada norveçli futbolçular üzərində 4:2 hesabı ilə qələbə qazanmışdı.


 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner