“Muğan” “Simurq”la oyunda yeni futbolçunun xidmətindən yararlana bilməyəcək

“Muğan” “Simurq”la oyunda yeni futbolçunun xidmətindən yararlana bilməyəcək
XƏBƏR 22 Avqust 2009 / 16:51 1829
-  A +

Bu gün Premyer Liqanın ikinci turunun oyunları çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq “Muğan” bu matçda “Bakı”dan altı aylığa icarəyə götürdüyü Səbuhi Həsənovun xidmətindən yararlana bilməyəcək. Qol.Az-ın məlumatına görə, Salyan klubu gənc müdafiəçinin adını iştirak ərizəsinə daxil edə bilmədiyindən o, “Simurq”a qarşı oynamayacaq. Səbuhi Həsənovun “Muğan”ın heyətində üçüncü turda “Qarabağ”a qarşı keçiriləcək matçda debüt edəcəyi gözlənilir.

 

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?