Dünən Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində keçirilən “Bakı” - “Bazel” qarşılaşması İsveçrə mətbuatı tərəfindən demək olar işıqlandırılmayıb. Qol.Az-ın məlumatına görə, bu ölkənin qəzetləri daha çox Avropanın aparıcı futbol ölkələrinin çempionatları və orada oynayan ulduzlar haqqında informasiyalar verirlər. Dünən keçirilən Avropa Liqası matçlarına isə nisbətən geniş yer ayıran Sürix şəhərində çıxan “20 min” qəzeti olub. Bu qəzet daha çox “Sion” - “Fənərbağça” qarşılaşmasına yer ayırsa da, “Bakı”-“Bazel” matçını da yaddan çıxarmayıb. İlk hissənin “Bazel” üçün çətin keçdiyini deyən isveçrəli jurnalistlər qələbədə Aleksandr Frayın və Huggelin təcrübəsini xüsusi qeyd ediblər. “Bakı”nın heyətində isə isveçrəli həmkarlarımızın diqqətini daha çox komandanın seneqallı qapıçısı Xalidu Sissoko çəkib: “Bazel” ilk hissədə də qol epizodları əldə etdi. Lakin imkanlardan düzgün istifadə olunmadı. İkinci hissədə isə hesabı “Bakı” açdı. Lakin Torsten Finkin komandası özünü itirmədi. Burada təcrübəli Aleksandr Frayla Huggelin əməyi az olmadı. Nəticədə 3 qol vuran komandamız qələbə qazanmağı bacardı. Hesab daha da böyük ola bilərdi. Lakin buna “Bakı”nın qapıçısı Xalidu Sissoko imkan vermədi. O, ən azı 4-5 dəfə göstərdiyi gözəl reaksiya ilə komandasını yüz faizlik qoldan xilas etməklə hesabın böyüməsinə imkan vermədi. Bu mənada rəqibin qapıçısını xüsusi qeyd etmək olar”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video