"İnter" klubunun qapıçısı Səlahət Ağayev Qol.Az saytına müsahibəsində Premyer Liqamızın 34-cü turunda "Qarabağ"la keçiriləcək vacib qarşılaşma haqda danışıb.
- İki gündən sonra "Qarabağ"la çox mühüm bir oyuna çıxacaqsınız. Bu görüş haqda fikirlərini bilmək istərdik.
- Oyunun necə çətin olacağı hamıya məlumdur. Bu görüş bizə də "Qarabağ" qədər vacibdir. Qalib gəlsək, çempionluq şansımız artacaq. Ümumi olaraq onu deyə bilərəm ki, çox maraqlı və gərgin oyun olacaq.
- Qış fasiləsindən sonra komandanız inamla irəliləyir. Bu müddət ərzində "İnter" yalnız "Qarabağ"a uduzub. Budəfəki qələbə isə "Qarabağ"a çempionluğu qazandıra bilər.
- Ümumiyyətlə, bu mövsüm hər üç görüşdə "Qarabağ"a uduzmuşuq. Ancaq hazırda komandamız daha güclüdür. Mövsümün əvvəli ilə müqayisədə hər bir futbolçumuz xeyli artırıb. Çempionatın sıx qrafiklə keçirilməsi bütün komandalarda olduğu kimi bizdə də özünü göstərdi. Bu dəfə "Qarabağ"a məğlub olmaq fikrimiz yoxdur. Ancaq "Qarabağ" qələbə qazanaraq çempion ola biləcəyini nəzərə alanda qarşılaşmanın nə qədər çətin keçəcəyini təsəvvür etmək olar.
- Artıq dörd ildir ki, "İnter" "Qarabağ"a qalib gələ bilmir. Səncə, bu komandaya qarşı komandanız nədə çətinlik çəkir?
- Bunun səbəbini dəqiq deyə bilmərəm. Bəlkə də hər iki komanda eyni üslubda oynadığından "Qarabağ"a qarşı oyunumuz alınmır. Düzdü, bir neçə ildir ki, "Qarabağ"la görüşlərin çoxunda məğlub oluruq. Çalışacağıq ki, bu sindromu aradan qaldıraq.
- "Qarabağ"ın son turlarda büdrəməsi çempionluq ümidinizi artırıb, yoxsa bu, çətin görünür?
- Əlbəttə, çempionatın ilk dövrələrində heç Avroliqaya da düşməyə ümidimiz yox idi. Ancaq sonradan komandamız formalaşdı. Heyətə yeni qoşulan futbolçular da bizə xeyir verdi. Son turlarda isə oyunlarımız daha yaxşı alınır. Hazırda ikinci yerdəyik, ancaq çempionluq şansımız da var. "Qarabağ"la oyundan sonra hər şey bəlli olacaq.
- Hər halda "İnter"in hardan-hara gəldiyini nəzərə alsaq, ikinci yer də komandanız üçün pis nəticə sayılmamalıdır.
- Bəli, ikinci yer də bizim üçün böyük uğurdur. Ancaq şansımız varsa, niyə də çempion olmayaq?
- Mövsümün ortalarında "İnter"i tərk etmək istədiyini bildirmişdin. Artıq mövsüm başa çatmaq üzrədir. Hazırda fikrin nədir?
- Düzdü, oynamağa görə komandamı dəyişmək istəyirdim. Ancaq sonradan əsas heyətdə yer aldım. "İnter"lə müqaviləm başa çatmaq üzrədir. Məndən başqa komandamızda bir neçə aparıcı futbolçunun da sözləşməsi mayda sona çatır. Ancaq hələlik klub tərəfindən heç kimlə danışıq aparılmayıb. Yəqin ki, sona bir tur qalmış danışıqlar başlayar. "İnter"dən müqaviləmi uzatmaqla bağlı bir dəfə təklif almışam. Ancaq hazırda məsələ ilə bağlı heç bir danışıq aparmırıq.
- Komandanız artıq ən azı Avroliqaya vəsiqəni təmin edib. Yəqin ki, "İnter"in heyətində Avropaya getmək istəyirsən.
- Fubola "İnter"də başlamışam. Ona görə də elə bu komandada qalmaq fikrim var. Təbii ki, bunun üçün ilk növbədə klubumdan təklif gəlməlidir.
Ramiq AĞAMƏMMƏDOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində