Hazırda İstanbulda olan “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin müsahibəsi
- “Xəzər Lənkəran”dan ayrılaraq, İstanbula gəlməyiniz bir çox söz-söhbətlərə səbəb olub. Komandadan ayrılacağınız da deyilir...
- Bütün bunlar yalandır. Komandadan getmirəm. Gələn mövsüm də “Xəzər Lənkəran”ı çalışdıracağam. Siz dedi-qodulara fikir verməyin.
- Deməli, növbəti mövsümdə də komandanı çalışdıracağınız dəqiqdir.
- Əlbəttə. Onsuz da bizim əsas planlarımız gələn mövsümlə bağlıydı. Düzdür, bu mövsüm bacardıqca kubokda uğur qazanıb, Avroliqaya yollanmaq istəyirdik. Lakin alınmadı. Əsas hədəfimiz növbəti mövsümdür. İnşallah, qarşıdakı mövsümdə uğur qazanacağıq.
- Bəs, İstanbula yollanmağınızın səbəbi nə idi?
- Həm şəxsi işlərim, həm də klubla bağlı məsələlərə görə bura gəlmişəm. Artıq indidən yeni mövsümün planlarını cızırıq.
- Bu gün “Xəzər Lənkəran”ın sahibi Mübarizə Mənsimovla görüşəcəyiniz deyilirdi. Görüş artıq baş tutub?
- Əslində, biz Mübariz bəylə mütəmadi olaraq görüşürük. O klubun sahibidir və görəcəyimiz işləri birgə müzakirə edirik. İstər yeni mövsüm öncəsi hazırlıq planı olsun, istər transferlər. Bu barədə başqanımızla tez-tez fikir mübadiləsi aparırıq.
- Yeni mövsümlə bağlı planlardan danışdınız. Yeni mövsümə komandanın harada hazırlacağı artıq bəllidir?
- Bəli, Avstriyada hazırlıq keçəcəyik. Yeni mövsümə orada hazırlaşacağımız dəqiqdir. Tezliklə klub nümayəndələri ilə birgə şəxsən özüm də Avstriyaya yollanacağam. Vəziyyətlə yerində tanış olacağıq.
- Bəs, transferlərlə bağlı nə yeniliklər var?
- Gözaltı etdiyimiz oyunçular təbii ki, var. Xüsusən də yerli futbolçular. Bildiyiniz kimi, yerli oyunçu baxımından sıxıntılarımız var idi. Növbəti mövsümdə də bu cür problemlə qarşılaşmaq istəmirik. Ona görə indidən fəaliyyətə başlamışıq.
- Maraq dairənizdə olan futbolçuların adlarını açıqlaya bilərsiniz?
- İndidən nəsə deməyim düz olmaz. Danışıqlar gedir. Vaxtı çatanda hər şeyi biləcəksiniz.
- Komandadan gedəcək futbolçuların siyahısı artıq bəllidir?
- Təbii ki, gələnlər varsa gedənlər də olacaq. Axı xeyli futbolçunun komandada saxlamaq qeyri-mümkündür. Buna görə də şübhəsiz komandanı tərk edənlər də olacaq.
- Kimlər məsələn?
- Gəlin, tələsməyək. Qarşıdakı hələ bir neçə oyun var. 10-15 gündən sonra hər şeyi biləcəksiniz.
- Siz ad açıqlamasanız da mətbuatda bir çox futbolçunun adı hallanır...
- Siz mətbuatda yazılanları əsas götürməyin. Əsas olan mətbuatın yazdığı yox, mənim dediklərimdir (gülür).
- Sizin yoxluğunuzda “Xəzər Lənkəran” “Rəvan”ı darmadağın etdi.
- Mən həmin gün komandanın yanında olmasam da, köməkçilərim ordaydı. Bizim məşqçilər korpusumuz var və proqrama uyğun olaraq fəaliyyət göstəririk. Komandanın qələbə qazanmasına təbii ki, çox sevindim.
- Son olaraq. Azərbaycana nə vaxt qayıdacağınız bəllidir?
- Cümə axşamı Azərbaycanda olacağam. Böyük ehtimalla, cümə günü də mətbuat konfransı keçirəcəyəm. Orada gələcəklə bağlı planlarımız barədə daha ətraflı məlumat verəcəyəm.
Mənbə: futbolxeber.az
Çexiyada çempion bilindi
"Hər şey öz əlimizdədir” - "Neftçi"nin futbolçusu
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
"Sabah"ın "Sumqayıt" üzərində qələbəsi - Video
"Bizi uşaq yerinə qoymayın" - Samir Abasov
“Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm, amma…”
"Zirə" Tovuzda belə qələbə qazandı - Video
"Neftçi" 3 xalı bu 3 qolla qazandı - Video
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
"Bayer" Bundesliqanı qalibiyyətlə başa vurdu
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
AFFA Yüksək Qızlar Liqasının qalibi müəyyənləşdi - Şəkillər
Aleks de Souza yenidən Türkiyə Superliqasında
Enrike: "Fransa seriallarına heyranam"
Avro-2024 üçün heyəti açıqladılar
"Səbail" - "Neftçi" oyunu üçün heyətlər
Tovuzda heyətlər açıqlandı
"Sabah" - "Sumqayıt" : Heyətlər
Lamiyə Vəliyeva dünya çempionu oldu
"Real" Kroosla müqaviləni uzatdı
Bu mövsümün sonunda "Arsenal"dan ayrılacaq
Şahruddinin komandasının oyunundan - Video
Fransa Liqa 1-ə yüksələn 2-ci komanda da bilindi
Messinin "İnter Mayami"dəki maaşı açıqlandı
Ernesto Valverde ilə yeni müqavilə imzalandı
Şahruddin 90+2-ci dəqiqədə əvəzləndi
"Neftçi"nin 4 futbolçusu "Səbail"ə qarşı oynamayacaq