Fariz Nəcəfov: "Syominlə konkret söhbətim olacaq"

Fariz Nəcəfov: "Syominlə konkret söhbətim olacaq"
ÖLKƏ FUTBOLU 5 May 2014 / 13:30 2260
-  A +

"Qəbələ" klubu baş məşçiləri Yuri Syominlə Moskva "Spartak"ının danışıqlara başlaması haqda Rusiya mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az saytına açıqlamasında klubun vitse-prezidenti Fariz Nəcəfov deyib ki, onlara  hələlik heç bir rəsmi təklif  gəlməyib:

"Bu məsələ ilə bağlı nə "Qəbələ"yə müraciət edən olub, nə də Syomin bununla bağlı bizə bir söz deyib. Baş məşqçimizin özünə də heç bir təklif gəlməyib. Syomin də Rusiya mətbuatına açıqlamasında bildirib ki, onunla sadəcə maraqlanıblar".

Klub rəsmisi yaxın günlərdə rusiyalı mütəxəssisin "Qəbələ" ilə bağlı taleyinə aydınlıq gələcəyini vurğulayıb:

"Syominlə onun müqaviləsinin uzadılması ilə bağlı bir dəfə söhbətimiz olub. Həmin vaxt "Qəbələ" uğurlu çıxış edirdi. Onunla komandada qalmaq barədə danışdım. O isə bildirdi ki, mövsümün sonunda nəticələrdən asılı olaraq qərar verəcək. Sonra isə "Qəbələ" "qara zolağ"a düşdü. Buna görə də başımız nəticələrə qarışdı və bu məsələ yaddan çıxdı. Yaxın günlərdə Syominlə konkret söhbətim olacaq. Artıq komanda bilməlidir ki, gələcək baş məşqçisi kimdir. Avroliqaya düşmək şansımız çoxdur. Buna görə də indidən baş məşqçi məsələsi həll olunmalıdır. Syominin "Qəbələ"də qalıb-qalmayacağı onun istəyindən və baş məşqçi postuna digər namizədlərdən asılıdır. Syominlə əhatəli şəkildə danışacam və klub prezidentinə məruzə edəcəm. Bundan sonra isə lazım olan qərarı klub prezidenti verəcək. Yaxın günlərdə bu məsələ həll olunacaq".  

Qeyd edək ki, Syominin "Qəbələ" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır