Aftandil Haciyev: “İnşallah, vətənə sərfəli nəticə ilə qayıdarıq"

Aftandil Haciyev: “İnşallah, vətənə sərfəli nəticə ilə qayıdarıq"
XƏBƏR 19 Avqust 2009 / 18:40 2558
-  A +

“Zədəmin tam sağaldığını demək olmaz. Məşqlərdə iştirak edirəm, kollektivdən geri qalmıram. Amma hiss edirəm ki, az da olsa ayağımda ağrı var. Baş məşqçimiz şans versə, meydana çıxıb komandama kömək edə bilərəm. Lakin bir məsələ də var ki, əgər komanda yoldaşım hazırda “Qarabağ”a məndən daha çox xeyir verəcək gücdədirsə, o zaman onun oynaması daha düzgündür”. Bu sözləri Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Tvente” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Aftandil Haciyev Hollandiyaya yola düşməmişdən öncə Qol.Az-a verdiyi açıqlamasında deyib. Haciyev oyunun çətin keçəcəyini də bildirib: “Oyun ağır olacaq. Hollandiya futbolunun gücünü hamı bilir. Üstəlik, “Tvente” çox texnikalı və sürətli oyuna üstünlük verir. Bizim isə heyətlə bağlı problemimiz var. Amma istənilən halda mən öz komandamıza inanıram. İnşallah, vətənə sərfəli nəticə ilə qayıdarıq”.

Son xəbərlər