Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov İspaniya mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bir neçə gündür “Valyadolid” klubunun düşərgəsində olan 26 yaşlı müdafiəçi “Piter Olivares” restoranında şam edib. Bu zaman ispan həmkarlarımızın hədəfinə düşən Rəşad onların növbəti yazısının qəhrəmanına çevrilib.
İspanlar Sadıqovun 8 milyondan artıq əhalisi olan Azərbaycanda çox yaxşı tanındığını qeyd edir. Onlar futbolçumuzun Qərbi Avropaya can atdığını və bu məqsədlə “Valyadolid”ə baxışa gəldiyini vurğulayıb. Onunla birgə səfərə çıxan FİFA agenti Kamil Məmmədov ispan mətbuatına bununla bağlı açıqlama verib: “Rəşad hər kluba baxışa getmir. Amma bura İspaniyadır. Sadıqov hələ burada tanınmasa da, buna nail olacağı halda vəziyyət dəyişəcək. Biz indiyə kimi yalnız idman direktoru ilə danışmışdıq. Burda olduğumuz vaxt “Valyadolid”in əsas komandası məşq etmədiyindən Rəşad ikinci komanda ilə hazırlıq keçdi. Komanda növbəti oyunda “Numansiya” ilə qarşılaşacaq. Düşünürəm ki, bu oyunun hazırlıqlarına qatılmaq Sadıqovun xeyrinə olacaq. O, yoxlanışdan uğurla keçməklə, komandanın taktikasına uyğun gələ bilər”.
Məmmədov “Valyadolid”ə gəlmələrinin maddi məsələ ilə bağlı olmadığını da dilə gətirib: “Söhbət heç də puldan getmir. Azərbaycanda futbolçulara kifayət qədər yaxşı pul ödəyirlər. Sadəcə, “Valyadolid”də daha yaxşı inkişaf edə biləcəyini düşünərək bu addımı atır. Təbii ki, “Valyadolid” “Barselona” deyil. Amma reallıqda bu komandanın da səviyyəsi yüksəkdir”.
Məsələyə münasibət bildirən klub prezidenti Karlos Suares futbolçumuzun bu həftə əsas komandada baxışdan keçməsinin planda olduğunu təsdiqləyib: “Biz bunu etməyə hazırlaşırıq. Rəşadın nəyə qadir olduğuna şahid olmaq istəyirik. Müxtəlif bazarlarda oyunçu axtarmaq niyyətindəyik”.
“Valyadolid”in idman direktoru Roberto Olabe də Sadıqovun gəlişinə biganə qalmayıb: “Bu, sadəcə sınaq deyil. O, bizim komandaya oynamaq üçün dəvət olunub. Bizim transfer siyahımızda tanınmış oyunçular da yer alıb. Sadıqovla da anlaşmağımız istisna deyil”.
İspaniya mətbuatı Rəşadın özü ilə də ünsiyyətdə olub. Bazar günü “Valyadolid” – “Deportivo” matçını izləyən mərkəz müdafiəçisi gördüklərinə təəccüblənib: “Valyadolid” çox güclü komandadır. Çox yaxşı ifaçıları var. Mən burada gözlədiyindən də artığını gördüm. Əlbəttə ki, bu komandada oynamaq istəyirəm”.
Futbolçumuzun karyerasına yer ayıran həmkarlarımız onun Türkiyənin “Kayserispor” klubunda Toledo ilə yanaşı oynadığını da vurğulayıb. 32 yaşlı həmin paraqvaylı oyunçu Türkiyəyədək “Saraqosa” və “Espanyol”da çıxış edib. İspan mətbuatı Rəşadın Azərbaycanı tərk etməsində milli komandanın baş məşqçisi Berti Foqtsun da rolu olduğunu düşünür. Onların fikrincə, təcrübəli alman mütəxəssis ölkəsi üçün ulduz olan futbolçunun daha yaxşı komandada oynaması ilə bağlı məsləhətini verib.
Qeyd edək ki, “Tquro Sofiya” otelində qalan Sadıqovu meneceri Məmmədovla yanaşı, Rafael Həsənov müşayiət edir. Çempionatımızda yaranan fasilədən yararlanıb İspaniyaya yollanan müdafiəçinin Türkiyə və Yunanıstandan da təklif alması Pireney mətbuatında da öz əksini tapıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı