«Tvente» – «Qarabağ» oyununun hakimləri bəlli oldu

«Tvente» – «Qarabağ» oyununun hakimləri bəlli oldu
XƏBƏR 18 Avqust 2009 / 11:32 2070
-  A +

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 20-də keçiriləcək «Tvente» (Hollandiya) – «Qarabağ» qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın məlumatına görə, oyunu Andre Marriner idarə edəcək. Ona Darren Kannla Endryu Neubold kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Kevin Frend yerinə yetirəcək. Hakimlər briqadası İngiltərədəndir. Matçın hakim-inspektoru Jan Lemmer (Lüksemburq), UEFA nümayəndəsi Qudmundur Peturssondur.  (İslandiya)


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner