Almaniya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

XƏBƏR 17 Avqust 2009 / 10:50 1870
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Hannover şəhərindəki «AWD-Arena» stadionunda keçiriləcək Almaniya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-a AFFA-nın İnformosiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, matçın baş hakimi Anastasios Kasosdur. Ona Dimitrios Saraidaris və Spridon Trifonas kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Dimitrios Kalopoulos yerinə yetirəcək. Hakimlər briqadası Yunanıstan Futbol Federasiyasındandır. Oyunun hakim-inspektoru Dani Koren (İsrail), komissarı isə bolqar Mixail Kassabovdur.


Son xəbərlər