Avqustun 20-də Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı"yla qarşılaşacaq İsveçrənin "Bazel" klubu bu gün ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, "Bazel" səfərdə "Qrasshopers"in qonağı olub.
Matça fəal başlayan meydan sahibləri artıq 15-ci dəqiqədə hesabı açıblar. Dos Santos "Bazel"in qapısına yol tapıb. Lakin cəmi 9 dəqiqə sonra "Bakı"nın rəqibi hesabı bərabərləşdirməyə müvəffəq olub. Çipperfild "Bazel"in bərabərlik qoluna imza atıb.
İkinci hissədə təziyiqi artıran "Qrasshopers" qələbə qazana bilib. 61-ci dəqiqədə Calla, 74-cü dəqiqədə isə Zarate "Bazel"in torunu silkələyib. Beləliklə, "Qrasshopers" - "Bazel" oyunu birincilərin 3:1 hesablı qələbəsiylə yekunlaşıb. Bununla da "Bazel" ölkə çempionatında ardıcıl üçüncü dəfə qələbəyə həsrət qalıb. Hazırda "Bakı"nın rəqibi 8 xalla 10 komanda arasında yeddinci pillədə qərarlaşıb.
Xatırladaq ki, "Bazel"in bugünkü oyununu canlı olaraq stadiondan izləyənlər arasında "Bakı"nın baş məşqçisi Coko Haciyevski də olub.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur