“Top Vaqifin deyil, İsgəndər Cavadovun ayağında olsaydı...”

“Top Vaqifin deyil, İsgəndər Cavadovun ayağında olsaydı...”
XƏBƏR 16 Avqust 2009 / 14:43 2431
-  A +

Avqustun 12-də Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan - Almaniya matçından bir neçə gün ötsə də, oyun ətrafındakı müzakirələr səngimək bilmir. Qol.Az-ın məlumatına görə, oyuna proqramlarında yer ayıran Rusiyanın “RTR-SPORT” kanalının əməkdaşlarının matçın bir epizoduyla bağlı şərhləri xüsusi maraq doğurur. Vaqif Cavadovun ikinci hissədə əldə etdiyi epizodda topu qapıdan aralı vurması rusiyalı həmkarımızın yadına İsgəndər Cavadovu salıb. Keçmiş hücumçunu xatırlayan jurnalist “əgər top Vaqifin deyil, İsgənder Cavadovun ayağında olsaydı, yüz faiz qol olardı. O, belə vəziyyətləri rəqibə bağışlamazdı. Qohumu Vaqif isə ona oxşaya bilmədi” deyə bildirib. 


Son xəbərlər