“Turan” Gürcüstan klubuyla qarşılaşmaq istəyir

XƏBƏR 16 Avqust 2009 / 14:32 1926
-  A +

Premyer Liqanın ilk turunda “Qarabağ”la qarşılaşmalı olan “Turan” məlum səbəbdən qarşılaşmanın təxirə salınmasından sonra oyun praktikası qazanmaq üçün yoldaşlıq matçı keçirmək fikrindədir. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində “Turan”ın icraçı direktoru Tahir Süleymanov məlumat verib: “Gürcüstan klublarından biriylə yoxlama oyunu keçirmək fikrindəyik. Hələlik bu istiqamətdə danışıqlar gedir. Amma istənilən halda, qonşu ölkədən müsbət cavab almayacağımız təqdirdə belə, rəqibsiz qalmayacağıq. Bu zaman birinci divizonda çıxış etməyə hazırlaşan “Gəncə” və ya “Göyəzən”lə qarşılaşacağıq”.

 


Son xəbərlər