Açıq Əyləncəli Futbol Məktəblərinin Zaqafqaziya və Moldova üzrə koordinatoru Valeri Çolariya AFFA-nın saytına müsahibə verib.
- Açıq Əyləncəli Futbol Məktəbləri olaraq fəaliyyətiniz konkret nədən ibarətdir?
- Biz 2003-cü ildən Qafqazda fəaliyyət göstərməyə başlamışıq. Əsas məqsədimiz 7-12 yaşında uşaqların futbola cəlb edilməsidir. Xüsusilə də imkansız və futbolla məşğul olmayan uşaqları bu məktəblərə cəlb edirik. Fikir verirsinizsə, biz daha çox problemli, yəni əvvəl müharibə gedən və ya hazırda döyüş əməliyyatları davam edən ölkələrdə fəaliyyət göstəririk. Bu, çox vacib işdir. Qısaca desək, Açıq Əyləncəli Futbol Məktəbləri uşaqların idmanla məşğul olmasına geniş şərait yaradır. Üstəlik, bizim məktəblərin uşaqları hər cür idman ləvazimatları və diplomlarla təmin edilir. Eyni zamanda müəllimlər üçün seminarlar keçirilir.
- Xeyli vaxtdır fəaliyyət göstərirsiniz. Bu müddətdə hansı uğurlara nail olmusunuz?
- Bu ilin iyulunda İngiltərədə “CROSS CULTURES” təşkilatının keçirdiyi müsabiqədə Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi birinci yeri tutdu. Mükafatı Britaniyanın keçmiş baş naziri Toni Bleyer təqdim etdi.
- Azərbaycan bu layihədə neçənci yeri tutur?
- Etiraf edim ki, Açıq Əyləncəli Futbol Məktəblərində əsas iş ölkənizin üzərinə düşür. Bu layihənin əsas himayədarlardan biri SOCAR-dır. Onların bizə böyük köməyi dəydi. Bakıya ikinci dəfə gəlmişəm. Əvvəlki səfərimlə müqayisədə indi Açıq Əyləncəli Futbol Məktəblərinə daha böyük maraq var. Sumqayıtda keçirdiyimiz tədbirdə təcrübəli məşqçi Ağamusa Bağırovla görüşdük. O, əvvəllər burada üzə çıxarılmış bir neçə futbolçunun müxtəlif yığma komandalarınıza cəlb edildiyini bildirdi. Bu isə bizim üçün fəxrdir.
- Nə kimi problemlərlə qarşılaşırsınız?
- Daha çox təşkilatçılıq baxımından problemlərlə üzləşirik. Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şəmilov bizə hər cür köməklik göstərdi. Amma hərdən çətinliklər də olur. Misal üçün, stadion, geyimlə təchizat problemi... Amma biz belə çətinlikləri həll etməyi öyrəşmişik.
- Gələcək planlarınız nədən ibarətdir?
- Avqust ayında builki işimizi başa vururuq. Artıq növbəti ilə hazırlaşırıq. Çalışacağıq ki, gələn il təkcə Sumqayıtda yox, başqa rayonlarda da Açıq Əyləncəli Futbol Məktəbləri təşkil edək. Çünki məqsədimiz hər yerdə futbolu inkişaf etdirməkdir
"Trabzonspor"dan darmadağın
Maluda məşqçilik yox, bu peşəni seçdi - Şəkil
Azərbaycan millisinin üzvü klubunu dəyişdi
"Qalatasaray" "Milan"la danışıqlara başladı
"Aston Villa"dan "Fənərbaxça"ya
Ançelotti gedir, ya qalır?
İspaniya kubokunda 1/4 final cütləri bilindi
Premyer Liqada 250-ci oyun
"Qarabağ"ın rəqibindən qələbə
"Beşiktaş" - "Atletik" oyununun hakimləri
Qvardiola Vengerin uğurunu təkrarladı
Azərbaycan olimpiyaçısının da medalı keyfiyyətsiz çıxdı
"Barselona"dan Səudiyyə Ərəbistanına
Ançelottinin çalışdırdığı 5 ən yaxşı futbolçu
"Futbolçular və azarkeşlər əziyyət çəkəcək...”
"Napoli" Xviçanın satılmasının səbəbini açıqladı
1-ci liqada ilin ilk oyunlarının vaxtı bilindi
"Qəbələ" daha bir yoxlama oyunu keçirəcək
"Turan Tovuz" üçün ilk, "Kəpəz" isə 19 il sonra...
Xəyal Nəcəfov 200-ə çatdı
“Barnabeu”da 5 qol - Video
“Flamenqo”nun baş məşqçisindən Juninyo haqda müsbət sözlər
Mahir Emreli saç rəngini dəyişdi - Şəkillər
Florentino Peres yenə "Real"ın prezidenti seçildi
Messi DÇ-2026-da iştirak edəcək?
"Real"dan böyükhesablı qələbə
“Fənərbaxça” 4 cavabsız qolla qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Qəbələ" "Mingəçevir"ə 4 qol vurdu
Dele Alli rəsmən İtaliya klubunda
"Neftçi" - "Sabah" matçında vurulan qollar - Video
"Üstünlüyü hesabda əks etdirə bilmədik" - Berezutski
"Neftçi" "Sabah"la bərabərə qaldı
Qərb derbisində “qol şousu” - Video
“Kobud səhvlər etdik, nəticə çıxarmalıyıq” - Berdıyev
Mahir “sarı” aldı, komandası qalib gəldi
“Kəpəz”dən Tovuzda 5 qollu qələbə
"Neftçi" - "Sabah" oyunu üçün - Heyətlər
Nuri Şahini əvəzləməyə yaxındır
Kenan Yıldız zədələndi
Uolker "Milan"da