"Simurq"un futbolçularından təzə xəbər

XƏBƏR 13 Avqust 2009 / 19:38 1782
-  A +

Dünən "Simurq"un futbolçuları - Gennadi Solonitsin və Teymuraz Qonqadzenin də şərəfini qoruduğu Latviya və Gürcüstan milliləri yoldaşlıq görüşü keçiriblər. Səfərdə Bolqarıstanla qarşılaşan latviyalılar rəqibinə 0:1 hesabı ilə məğlub olublar. Solonitsin 60-cı dəqiqədə, hesab 0:1 olarkən Vladimir Kolesniçenkonu əvəzləyib və oyunun sonuna qədər meydançada olub. Teymuraz Qonqadze isə dünən milli komandada debüt edib. 81-ci dəqiqədə Mate Qvinianidzeninin əvəzinə meydançaya çıxan müdafiəçi 0:2 hesabı ilə məğlub durumda olan komandasına kömək edə bilməyib. Matç elə bu hesabla da başa çatıb.


Son xəbərlər