Dünən “Xəzər Lənkəran” Azərbaycan Premyer-liqası və Azərbaycan Kuboku yarışları üçün iştirak ərizəsini PFL-ə təqdim edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub təmsilçisi yeni mövsümə 23 futbolçuyla başlayacaq ki, bunlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi və daha 3-ü hücumçudur.
Məşqçilər korpusunun iştirak ərizəsinə daxil etdiyi futbolçular arasında 12 əcnəbinin adına rast gəlmək olar. Klubun tarixində ilk dəfə olaraq komandanın heyətində slovakiyalı (İvan Pexa) və honduraslı (Allan Lalin) legionerlər çıxış edəcəklər. Ümumilikdə isə heyətdə 4 Braziliya, 2 Bolqarıstan, 2 Hollandiya, 1 Türkiyə, Slovakiya, Honduras və Moldova vətəndaşına yer tapılıb.
Onu da qeyd edək ki, dünən PFL-ə təqdim olunan iştirak ərizəsində əslində 21 futbolçunun adı olub. Çempionatın startınadək “Xəzər Lənkəran”ın futbol məktəbinin yetirməsi Kazım Kazımlıyla (yarımmüdafiəçi) Honduras millisinin forvardı Lalinin adı da siyahıya daxil ediləcək. “Xəzər Lənkəran”ın iştirak ərizəsi aşağıdakı kimidir:
Qapıçılar: Dmitri Kramarenko, Kamran Ağayev, Zabid Səfərov
Müdafiəçilər: Denis Silva (Braziliya), Fatih Sonkaya (Hollandiya), Ruslan Poladov, Kostadin Cambazov, Radomir Todorov (hər ikisi Bolqarıstan), İvan Pexa (Slovakiya)
Yarımmüdafiəçilər: Alim Qurbanov, Ceyhun Sultanov, Rəşad Kərimov, Rahid Əmirquliyev, Nizami Hacıyev, Ramazan Abbasov, Devran Ayhan (Türkiyə), Junior Osvaldo “Juninyo”, Aumarante Mario Serjio “Mario Souza”, Dieqo Qusmao (hamısı Braziliya)
Hücumçular: Denis Kalinkov (Moldova), İvan Svetkov (Hollandiya).
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”