Bugün “Xəzər Lənkəran” daha bir futbolçuyla münasibətlərini rəsmiləşdirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Honduras millisinin forvardı Allan Lalin yeni mövsümdən etibarən “ağ-yaşıl” formanı geyinəcək. Allan “12” nömrəli futbolkaya üstünlük verib.
Son dörd ili heyətində keçirdiyi “Real Espana”yla Honduras çempionluğuna qovuşmuş və milliyə dəvət almış 28 yaşlı Lalin bir müddət öncə ABŞ-da başa çatmış CONCACAF Gold Cup yarışında (Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrininin çempionatı) komandasının ən yaxşılarından olmuşdu. Xatırladaq ki, həmin turnirdə honduraslılar yarımfinaladək irəliləyə bilmişdilər.
Eyni zamanda Honduras millisinin dünya çempionatına vəsiqə uğrunda mübarizə apardığını da qeyd edək. Dünən Kosta-Rika millisini darmadağın edən (4:0) Lalinin həmvətənləri indi Şimali Amerika seçmə qrupunda ABŞ-la birgə 10 xalla 2-3-cü yerləri bölüşdürürlər. Məlum olduğu kimi, Şimali Amerikadan üç komanda birbaşa olaraq Dünya çempionatına vəsiqə qazanacaq.
Allan Kosta-Rikayla oyuna dəvət alsa da, zədə üzündən Hondura yollanmamışdı və “Xəzər-Lənkəran”ın düşərgəsində qalmışdı. Qeyd edək ki, millinin heyətində 9 oyuna 1 qol vuran lalin Azərbaycan klubunda oynaya-oynaya dünya çempionatına yollanmış ilk futbolçu kimi tarixə düşə bilər.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”