Oxucularımız Azərbaycan - Almaniya oyunuyla bağlı fikirlərini yazır (otuz doqquz oxucu fikri)

XƏBƏR 15 Avqust 2009 / 11:53 8297
-  A +

Hörmətli oxucular! Milli komandamızın Almaniyaya qarşı keçirdiyi oyunla bağlı fikirlərinizi yazıb, bizə - [email protected] e-mail ünvanına gömdərin, Fikirləriniz saytımızda yer alacaqdır.

Vasif Quliyev: Məncə millimiz yenə də çox zəif oynadı. Foqtsun seçimini də heç cür anlamaq olmur. Yenə də Çertoqanov, Axtyamov kimi lazımsız fubtolçulara şans verdi. Halbuki onların əvəzinə Rəşad Sadiqov, Bəxtiyar Soltaniv kimi gələcəyi olan futbolçuları oynatsaydı, daha yaxşı olardı.

Aqil Məhərrəmov: Bizim səviyyəmiz budur. Bundan artığına da gücümüz çatmır. Yaxşı ki, böyük hesabla uduzmadıq. 

Orxan Məmmədov: Əvvala salam. dogrusu men bakida olmadigim ucun ve aztvnin cox teessuf ki bu oyunu yayimlamadigi ucun oyuna canli baxa bilmedim. Ama qol.az saytinin komekliyi ile oyunu canli oxudum. buna gore size tesekkurler. o ki qaldi oyuna men heyyetde Samir Abbasovnan, Rail Melikovu gorende bildimki yene kohne hamam kohne tas olacaq. siz de biz de vetenimizi onun yigma komandasini ne qeder sevsek de Foqts bir o qeder pulu sevir. onuncun ne ferqi var ki 30 yasdi samir oynadi yoxsa genc futbolcu. ne ise hemise de deyir vaxt lazimdi onda Qurban Qurbanova goresen biz neqeder vaxt verdik ki.......

Rasim Muradov: Salam adim Rasim-di ve israelde yeshyiram, heyifki AZTV oyunu gostermedi ama internetle baxa bildim oyuna canli mence foqtsu istefaya gondermek lazimdi . onun yerine bir bashka trenir getirmek lazimdi, foqts bizim oyunculara pis baxir ki, pis de oynuyuruq . neise ISTEFA . negederki o A Millini calisdiracaq biz uduzacagiq

Natiq Vahidov: SALAM  HORMETLI QOL AZ SAYTI..EVVELA SIZE MINETDERAM KI BELE GOZEL OPERATIV ISHLEDINIZ..HEQIQETEN ALMANIYA KIMI MOHTESHEM BIR YIQMANIN BAKIDA OLMASI BOYUK FUTBOL BAYRAMININ OLDUQUNDAN XEBER VERIR...YEQIN KI HAMI RAZILASHAR BAKI HELE BELE MOHTESHEM YIQMA GORMEMISHDI....TEK OYUNDAN SOHBET GETMIR...RAZILASHAQ KI   AFFA  BELE BU OYUNA XUSUSI DIQQET AYIRMISHDI...XUSUSI NEZARET.YUKSEK SEVIYYELI XIDMET VAR IDI....TRIBUNADA ISE ALMAN AZERKESHLERININ OLMASI XUSUSI MARAQLI IDI...BIR SOZLE BILMIREM BIZIMKILER ANCAQ TURKLERDEN  DANISHMAQI BILIR..ANCAQ BU GUN RAZILASHAQ KI HEM ALMANLARDAN FUTBOLDA HEM MEDENIYYETDE..HEM DUSHUNCE TERZINDE..HEM VETENPERVERLIKDE..HEM MEQSEDDE COX SEY OYRENMEK OLARDI..OYRENEN ONSUZDA OYRENDI....BAKIDA HETTA EN CILQIN TURK AZERKESHLERI BELE BIZIM MOHTESHEM AZARKESHLER QARSHISINDA ACIZ IDI..ANCAQ ALMANLAR BIR DAHA SUBUT ETDILER KI ONLAR DUNYANIN EN YAXSHI VE CILQIN FUTBOL FANATLARIDIRLAR....ELEMENTAR HIMNI OXUMAQI BIZIMKILER HELEDE OYRENMEYIBLER..BIRI QISHQIRIR..BIRI  SOYUR..HAMI VETENPERLIKDEN DANISHIR..ANCAQ FAKT BASHQA SEYDEN XEBER VERIRDI....NE ISE HELE TEK FUTBOLDA YOX COX SEYDE DEYISHIKLIK ETMEK LAZIMDIR....INANIN AZARKESHLERIMIZI BIRINCI DEFE IDI KI STADIONA UMUTSUZ GELDIYINI GORDUM..
OYUNA GELDIKDE ISE MEN SADECE BIR AZARKESH KIMI BERTI FOQTSA TESHEKKUR EDE BILEREM...O MILLIDE COX SEYI DEYISHIB..QALDI KI OYUNCU SURETDE UDUZURSA BU ONUN PROBELMI DEYIL, TEXNIKA YOXDURSA FOQTS BIZIMKILERIN YERINE QACAN DEYIL..VE BASHQA FUTBOL PRINSIPLERI VAR KI BUNALRI O BIZIM UCN EDEN DEYIL ONA GORE YOX KI BILMIR VE ETMEK ISTEMIR..SADECE BU FUTBOLCUNUN QABINDA OLMALIDIR....KOMANDANIN FIZIKI HAZIRLIQIN BELKE TARIMIZDE GORMEDIYIMIZ BIR MAKSIMUM HALA SALIB...XETLER ARASINDA MUEYYEN QEDER BAQLILIQ QURUB...BUNA GORE ISE SADECE SAQOL DUSHUR..
BIRDE BUTUNLUKDE ALMAN FUTBOLUNU O ELA BILIR,,,BUNUN SEBEBI IDI KI ALMANLARIN ORTADAN HUCUMUNU YARARSIZ EDE BILIRDIK..VE MUEYYEN QEDER DE BEXT KOMEYIMIZDE DURDUKI ISTER  ALMNLARIN HEYETDEKI PROBLEMI..ISTERSEDE IDMAN XOSHBEXTLIYI..QAPIMIZ QOL ATSHINE TUTULMADI...
MEN SIE ILK DEFE IDI KI ALMANLARIN MEQLUBIYYETINI ARZULADIM ..LAKIN OLMADI..YEQIN BU HISSI BIRDE MILLIMIZ HONNOVERDE OYNAYANDA YASHAYARAM..HAMIYA UGURLAR..HELELIK.

Nurlan Səlimov: Salam aleykum! Men milliden hemishe reqibin kimliyinden asili olmayaraq qelebe gozleyirem.Lakin bu SAMIR ABBASOV 9 nomreli mudafiyecinin(!) artiq necenci defedir sehvinin qolla neticelendiyini gorurem.Qardash bele olmaaaz!!!

Fərid Baxşəliyev: Salam.Matci online teqdim etdiyine gore qol.az-a tesekkur edirem.Bugunki oyun haqqinda hec bilmirem ne deyim. Komandamizdan hem yaxsi hemde pis oyun gordum.Yaxsi oyun o idiki Vaqif Cavadov bugun diger oyunlara nisbeten daha gozel oyunu ile secilirdi, hemcinin Elvinle Vuqarda yaxsi oynadi.Elnur Allahverdiyev hucumlara gozel qosulurdu,ama mudafiede biraz heyecanli gorunurdu.Komandamiz budefede qol vura bilmedi.Almaniyayla oyunda komandamiz hucum qurur,ama son netice yoxdu,yaniki qapiya zerbe vuran yoxdu,daha dogrusu oturme futbolcumuza catir ama sanki onlar qapiya zerbe endirmeye cekinirler,Yaxsiki Vaqif 1-2 defe eyride olsa vurdu.Konkret olaraq komandamizda bugun eks hucuma suretli qosulmaq xosuma geldi.Hemcininde mudafiede ezmkarliq yaxsi idi.Ama Certaqanovun evezine mence bugun Cemsid oynasaidi yaxsi olardi.Cunki Certaqanov bezi sehvleri ile yadda qaldi.Birde anlaya bilmiremki niye Foqts Baxtiyar Soltanovla Cavid Huseynova niye shans vermedi?Yenede tessufler olsun.INSALLAH novbeti oyunda ugur qazanariq.

Ziya Babayev: Oyun gözəl alındı. Komandamızda istək və çalışqanlıq var idi. Görünürkü komanda düzgün yoldadı. Lakin bizim iki oyunçu işləri korladı - Samir Abbasov - hər iki qolun səbəbkarı o oldu. Müdafiəçi mərkəzdə top itirməz. Ay Camir sənin işin deyil axı topu götürüb almaniya qapısına tərəf reyd edəsən. Vüqar Nadirov isə nə etmək istədiyini bilmirdi. Belə getsə bu perespektivli oyunçu ele perespektivlidə qalacaq. Çox istərdimki Rəşad, Vaqif , Elvin və Mahir xaricdə top qovsunlar.

Rövşən Qasımlı: Salam, millimiz yaxsi oynamadi, ama millimiza Qurban Qurbanov va yaxud Agasalim Mircavadov galmalidir. bu alman bizi naqadar aldadacaq? onu hara gedib qovublar, indi da biz onu qovmaliyiq. qardaslar foqtsa verdiyimiz pulu ozumuzunkulara versan lap ala olar. Hec olmasa Sahin Diniyevin vaxtinda uduzsaqda qol vururduq, bu foqtsu kim gatirdi axi?
Naysa Foqtsun da vaxtina az qalib, o da navaxtsa gedacak

Fəxri Məmmədov: Mence milli normal oynadı. Almaniyaya qarşı bundan artıq oyun göstermek de olmazdı. Amma her iki qolda günahı olan Samir Abbasov kimi artıq vaxti keçmiş futbolçulari neinki milliden ümumiyyütlü azerbaycan futbolundan qovlamaq lazımdı. Başa düşmük olmur ki, Berti Foqts meger bunu görmür? Kime ve neye lazımdır Samir Abbasov????

Qiyas T. Hüseynov: Bilirsiniz necədi? Xarici bir məşqçi yığma üçün heçnə edə bilməz hələ hələ bizim yığma üçün. Foqtsun oyundakı kinayəli gülüşləri onun bizi nə qədər aşağı səviyyədə gördüyünü sübut edir. Yığmanın ilk hücumunda Foqtsun sifəti kameralara kinayəli gülüşlə düşdü (yəni bizimkilər qabağa gedə biilirki?) Nə isəə. Eybi yoxdu bizim məşqçi olsun amma 6-0 uduzaq. Bilərik ki “BİZ” uduzduq. Heç o kinayəli gülüşlər də olmazdı. Heç olmasa uduzmağı üzündə əks olunardı və əksinə sevinməzdi. Komandamız yaxşı oynadı, ikinci hissədə lap çox xoşuma gəldi. Daha zəif komandalarla oynamaq olar. Vaqifi, Rəşadı və Mahiri təbrik edirəm çox xoşuma gəldi oyunları.

Dronqo: salam çatışmayan cehetler budu ki, özünə inam zeifdi , tez suretli qerar verə bilmirlər ağıllı futbol oynamaq lazımdı oda biraz cetin olacaq bizdə birdə komandamızda milli ruh olmalıdı o da göz qabaöında chertaqanov kimdi axı 3-cü liqada oynamalıdı peryera kimdi o vobshe futbol adamı deyil onsuzda futbol oynamır neqederki milli oyunçular yoxdu  belede davam edəcək MİLLİ RUH QƏLƏBƏYƏ YAXINLAŞDİRAR 

Elvin Qafarov: Salam yene milli uduzdu. İnanirsız ki, milli konmandaya rəğbət nece ölüb. Məsələm Astara rayonunda milliyə heç kim azərkeşlik etmir. Ancaq qarabağ və Bakının oyunlarına baxırlar. Qardaşlar o, ölkədədki millinin oyunlarını Aztv-e peyknən yayımlaya bilmir o, komandadan nə gözləyəsən. Təzə kanal açılıb Aztv-e idman məsələm bu kanal Astarada göstərmir, heç Aztv 1-də fəribaşdı göstərmir. Hələ bu ildə milli çempionatın oyunlarını Aztv-e yayımlayacaq gör azərkeşlərin başına nə oyun gətirəcək. Qardaşım futbol gedə-gedəd başqa idman növündən danişarlar? hay güləşçilər belə gettdi, karateçilər belə gəldilər. Vallah Foqts getməsə düzələ deyil. o, nə istəyir Axtyamovdan, Çertaqanovdan. Foqts havayı azərbaycanın pullarını yeyir. Niyə Elxan Məmmədov hər şeynən marağlanir? bəs niyə Foqtsa sual vermirki qardaş niyə R. Sadiqov kənarda qalıb? kimdən zəifdir. Foqts gəlib Qarabağa söz atır ki, Honka zəif komandadı. Bəs sənin uda bilmədiyin Lixtenşteyini niyə uda bilmədiz? Vallah bu məşqçi Türkiyədə olsaydı onu çoxdan qovmuşdular. Bilmirəm bizim baş bilənlər nə fikirləşirlər. haçan biz qol görəcəyik?

Shadow Of Soul: Hamiya salam.oooof. 2 qol 2si de o Samirin ustunde. Oglan Messilik eliyir almaniyaya qarshi.ve neticede top itkisi qol.chertaqanovun ne isi var millide? Bu meshqchiye hele chatmir ki,bu adam oyniya bilmir.Basha dushmurem  onun neyi dayaq yarimmudachieshidir.Onun yerine parlaq oyunu ile,oyun praktikasi olan RESHAD SADIQOVU oynatmaq lazim idi.Bashqalarini shexsen beyendim.Sadece  bizim komandada QOL DUYUMU,REQIB MUDAFIECHLERI OZUYLE APARAN,MOVQE  SECHEN HUCUMCHU YOXDU! Axtyamov ,perera(hansiki hele hech bir klubda oynamir),chertaqanov,Ramim(ozunu levski oyunda biabir eliyen)  qovmaq lazimdi.Axi onlar hardan bilir uch rengli ulu bayragimin qeyretini? He? hardan bilir axi?
SONDA BIR SOZ DIYIM KI,BU KOMANDANIN GELECEYI VAR.INANIN  VAXT GELECEK ADIMIZ GELENDE REQIBLERIN SIFET RENGLERI DEYISHECEK.HELE GENC KOMANDADIR.ORTA YASH HEDDINE BAXIN.VE ONLARIN BIRGE GOSTERDIKLERI OYUNA BAXIN.       SHEXSEN MEN  BERTI FOKSUN QALMAGINI ISTIYIREM.ONUN SAYESINDE KOMANDA  ADAM KIMI OYNIYA BILIR.

Master boy: Salam qol.az. Dusunurem dunen millimiz yaxshi oynamadi, sadece ALMANIYA yigmasi "oynamadi". Ona gore ola biler ki, bir coxlarina ele gele biler ki, yigmamiz yaxshi oynadi. Shexsi fikrime gore bu sadece 2 Alman mutexessis arasinda olan 1 anlasma idi, yani bizim bas mesqci Alman millisinin bas mesqcisi ile anlasib ki, biyabirciliq olmasin, onsuzda 3 xal qazanacaqsiniz. Bu menim subyekltiv  fikrimdir.Diqqetinize gore tesekkurler.

Qənbər Tağıyev: ....milli komandamız almanlara qarşı cox yaxşı oynadılar,burda nə samirin,nədə,railin zəif və lazımsız oyuncu olmağın şərh etmək düzğün deyil...millinin hücumcuları öz üzərilərində cox işləmədilər...mənim Cavadova və Nadirova hörmətim var,onlar hələ cavandılar,onlar Azərbaycanın son illər yetişdirdiyi ən yaxşı hücumcularıdır,sadəcə bir az cəsarət özünə inam və dəqiqlik onlarda yoxdur...amma mən inanıram ki,onlar öz üzərilərində bir qədər ciddi işləsələr...cox ğözəl və ğüclü qol vuran hücuncular olacaqlar....bu iki oyuncunu mən 80 illərin Əhmədovuna-Cavadovuna bənzədirəm...cox heyf ki,bunların arasında Ponomaryov kimi bir dispetcer yoxdur..............

Samir Əsədov: Butun Qol.az oxucularina salamlar.Dunen Milli komandamiz pis tesir bagishdamadi.Onlardan gelebe gozlemek axmaglig olardi.Biz qol da vura bilerdik futbolcularimizin seviiyesi, tecrubesizlik buna imkan vermedi.Milli bacardigini dunen eledi.En esasi asan meglub olmadi. Meydanda esl mubarize gosterdi.Futbolumuzun bu dovrunde futbolculardan bunnan artigini gozlemeyek.

Kənan Əhmədov: Salam qol.az sayti belə gözəl şans yaratdığınız üçün sizə çox təşəkkür edirəm.Milli komandamiza orta sahəyə oyunçu lazimdi bütün hücumlar ortadan qurulur.Mene ele gəlir ki,orta sahə və hücumçu lazimdi.Hücumda Feliks kimi biri olsa çox əla olar.Onu milliləşdirsələr Azərabaycan üçün çox xeyirli olacaq.

Nicat Kərimli: Salam. Mence dunen hec bir sey teeccub dogurmadi. Mene ele gelirki dunenki 0:2-lik hesabi Bertiye borcluyuq. Ona gore yox ki taktika verdi, ona gore ki almandir. Azerbaycan milli komandasinda Berti Foqst kimileri varsa, onlarin udmagini gormeyeciyik. Bizim gencler Luksenburq genclerine de uduzursa demek 10 ilden sonra da futbolumuz bele olacaq. Ona gore de elimizi yigmadan uzmeliyik. Umid qalir klublarimiza ki, avrokuboklarda qrup merhelesine dussunler. ALLAHIN yardimi ile duserler

Saşa: Salam Qol.Az: Samir, Axtyamov, Sasa, Certaqanov Bunlar Millide ne gezir? Milli Hara bu futbolcularin oyunu hara ..Besdirinde Bir Baxin Garabagin oyununa Nece genc komandasi var Qurban Qurbanova halal olsun Allah elememis Tventeye uduzsalar bele qurbanovun basinnan opulesi mesqcidir..
Bu Samir Abbasov baxamyaraqki menim yerlimdir uje burda yerli kecmir Azerbaycani temsil eliyir haqq yerine qardas oynuyanmirsan cixma meydana imtina ele qoy gencler oynasin ele axtyamov sasa certaanovada aiddir bu sozler

Hacibəy Heydərli: Salam qol.az-sayti. Dunənki oyun bir daha göstərdi ki, Azərbaycanlılar futbol oynamağı bacarır. Yığmamız son Avropa çempionatının gümüş mükafatçılarına çətin anlar yaşada bildi. Xüsusən Vaqif Cavadov fəallığı ilə seçilirdi. Bunu oyunsonrası mətbuat konfransında Löv də vurğuladı. Amma bütün bunlara baxmayaqraq futbolda əsas nəticədir və nəticədə almanlar yığmamızı 2-0 hesabıyla məğlub ediblər. İnşallah növbəti oyunlarda yığmamız qələbələri ilə bizi sevindirər.   

Sabir Xanlarov: Salam qol.az. Besdirinde el cekinde Foqtsdan imkan verin isini gorsunde.Yigmamiz cavan oyunculardan qurulub 2-3 ile bir-birlerini daha yaxsi basa dusecekler en esasi odurki Almanlarla oyunda qorxaq futbol oynamadi,2 qol buraxib ruhdan dusmedi,fiziki cehetden yaxsi idi bir dene hucumcularin qol vura bilmemesi var oda yavas-yavas duzelecek ugurlar yigmamiza

Tural Rüstəmli: Salam.Man bir Azerbaucn azerkeshi kimi her oyun stadionda oluram ve hami kimi komandaya destek dururam ve ekser halda da Azerbaycan millisi uduzarken men bashi ashaqi geri donuram ne yinki man menimleberaber 30 min azerkesh ama o 30 min azerkesh 2 saat evvel bu stadiona hansi umudlarla gelmishdi.Axir zamanlar azerbaycan futboilunda inkishaf var esasende klublar4imizda bunu Qarabagh ve Baki komandalarinin ugurelarina esaen demak olar ama geldiki milli komandaya Vallah neqederke Berti Foks millinin bshinda olacaq o qderde komanda bu cur oynayacaq 95 minin yarisini hansi orta seviyelli mesala Cokoca Hacievski man azerbaycanda onda guclu meshqchi gormuram 95 minin yariini ona versek yarisinida ushaq futboluna versek bu zaman irelleyish gorerik tebii ki bu sozlarimla AFFA hechnayi deyishen deyoil ama bu manim bir azerkesh fikirimdi ama man Qarabagh ve Bakidan qrup marhalalarina chixmaqi arzulayiram ve Siz QOL.AZ sayti sizada oz minnatdarligimi bildiriramki bela opertaiv ve en isti xeberleri biz oxucularina nezerine chatdirirsiz bir sozle Foksa ISTEFA bunun artiq vaxti gelib .................

Cəlal İsmayılov: evvela salam eleykim qol.az!!!MILLI YAXWI OYNADI.BERTI FOKS NE EDIR DUZ EDIR....!!!!PROSTA SAMIRIN SEHFI BIZIM UCUN PIS NETICELENDI!!!BEZI TELEVIZIYA IWCILERI,JURNALISTLER DEYIRKI-----YENEDE MILLI QOL VURA BILMEDI---MEN BU FIKIRNEN RAZI DEYILEM...1-CI SI MILLI MUDAFIE FUTBOLU OYNAYIR....2-CI SIDE BU ALMANIYADI.ELE BILIRSIZ QOL VURMAQ ASANDI?DUZUNU DANIWSAQ 2-3 TEHLUKELI HUCUMLARIMIZ OLDU...BUNU DANMAYIN!!!!!!!!!!!!!
VAQIF CAVADOVUN ZERBELERI YADINIZDAN CIXIB?FERQLENEN OYUNCULAR-----REWAD SADIQOV,VAQIF CAVADOV,ELVIN MEMMEDOV,MAHIR WUKUROV.....!!!!HALALDI SIZE......!!!!!INWALLAH BIZ FINLANDIYANI LENKARANDA UDACAYIQ!!!!!!MENIM FIKRIM BUDU!!!!!!!

Samir Əsədov: Millimiz yaxshi oynadi.ancaq meshqcinin ishini gormedim.E.Memmedov,V.Cavadov,M.Shukurov ela oynadilar. V.Nadirov, S.Abbasov, A.Certoqanov, D.Axtyomovun seviyyeleri catmir.Almaniya qarshisinda topa sahib olmanin 63%-37% olmasi cox shey demekdi.

Master Boy: Men yene de oz fikrimde qaliram: millimiz oynamadi, sadece Almaniya yigmasi "OYNAMADI". Bele baxanda yigmamiz ne elediki? Eledikleri 1 futbolcu kimi onlarin BORClaridir, bunu etmeseler men gedib onlarin yerine futbol oynayacagam ki!!!! Coxlarina qeribe gele biler, amma bu sadece 2 alman mesqci arasinda olan razilasma idi, Almaniya cox guc serf elemir ve boyuk hesab qeyde alinmir, sonda ise 3 xal..Hetta men dusunurdum ki, yigmamiz qol vura biler, (cunki bas mesqcimizin eline 5 oyunluq susqunluga son qoymaq ucun ela imkan dusmusdu,amma guman ki, Almaniya buna razilasmayib) amma meglub olacaq. Vessalam!! Bu oyuna stavkada 1 hesaba: 0-2 ve 1-2 hesabina pul qoymusdum! 

Qənbər Tağıyev: .....mən yenə də bir oxucu kimi...Azərbaycan-Almaniya matcına qayıdıram,azərkeşlərdən isə xahiş edirəm...bu saytı kolxoz bazarına cevirməsinlər...futbolu bilənlərdə danışır...bilməyənlərdə..hamı istədiyi fikri yazır...siz Azərbaycan millisini 100 futbol ənənəsi olan,3-dəfə dünya və avropa cempionu olan bir ölkə ilə bərabər tutmayın bu cox ğülünc və yanlış fikirdir....bəli Azərbaycanda futbol inkişafa doğru ğedir...biz bu ğün əlimizdə olan oyunculardan istifadə edirik...Berti Foqts də yaxşı mütəxəssısdir...qoyun imkan verin işləsin...ğündə bir məşqci dəyişməyin hec bir faydası yoxdur....amma inanın ki, yaxın 1-2 il ərzində bizdə futbolda öz sözümüzü dünyaya deyə bilməsəkdə...avropaya deyəcəyik..mən buna inanıram və bu perspektivi ğörürəm..........................

Zöhrab Cəfərov: BİZ BƏLKƏ FUTBOLU LƏĞV EDƏK, BİZİMKİLƏR YAXŞI ALVER BACARIR

Elgün və Leyla: salam..lov deyir ki cavadov ile abbasov bundesligada oynaya biler...birincisin basha dusduk..bes yaxshi abbasov? bele yerde deyirler..ay lov yalansa fransuzki ilan vurun dilinnen... adama gulerler..abbasov hec turanda oynamaga layig deyil....her iki qol onun sehvinden oldu..abbasov?? sen cox bizim esebimizle oynayacaqsan??   cix get daa  futbolun dashin at....senniy deyil...sen gorseydin dunen mehlede senin haqda ne deyirdiler?? onda belke futbolu buraxardin ......

Elnur Şərifli: Salam Qol.az.Şexsen her zamankı kimi stadiondaydım ve millimize oyundan önce çox güvenirdim. Ama çox tessüf Berti yene özünden FOKS açdı. Qelebe ruhuyla alışıb yanan azarkeşler yene de evlerine başı aşağı getdiler. Artıq bezmişik!!!! Bu ne taktikadı axı? Tüpürüm Vogtsun taktikasına. Bu kişi bizle mezelenir. Top almanlarda olarken bizim futbolcular gözleyirki almanlar topu atsınlar. Bele anlarda yalnız PRESSİNG etmek lazımıydı. Eger dünen yığmamız PRESSİNG etseydi qelebe bizimiydi. Çünki almanların nece pressing etdiyi herkes görürdü. Almaniya yığması ele de böyüdülesi yığma deyil. Ne olsun ugurları ve s. var. Her kes Almaniya yıgmasının dünenki oyununu gördü. Millimizin müdafiesi çox gözel oynadı. Almaniya zeif oynayıbsa demeli millimizin müdafiesi yaxşı oynadı. Ama bu sözleri yarım müdafie xettine şamil etmek olmaz. Orta tam berbad veziyyetde idi. En başda SAMİR ABBASOV ve ALEKSANDR ÇERTOQANOV olmaqla. Bu ayaqları top tutmayan insanların ne haqqı var ki Azerbaycanın adını batırsınlar?! İnterden ne vaxt futbolçu çıxıb axı ordan oyunçu devet edilir ?!!! Herlkes gördü onları avrokubok oyunlarını!!! Niye dünen cavan,genc Bextiyar Sultanovu oynatmadı bilender Vogts!? Bextiyar buraxsaydı hucumlarımız keseri ve süreti artacaqdı. Seviyyesiz Vüqar Nadirovu meydana buraxmaq böyük sehv idi. Axı o ne edibki hucumçu kimi yığmaya çağrılıb? Hücumçu dediyin qol vurar. Bu Vüqar Nadirov 10 oyunda bir qol vurur ya vurmur!!! Ele Subaşiç yaxşı edir bu Vogts-un yığmasına gelmir! Heç her oyun bele uduzanda ölmürlerki biz yene bu stadiona çıxıb hemen azarkeşlerin üzüne nece baxacağıq???!!! Heç utanmırlar??? Bizimkilerde xasiyyetdiki reqibin adını eşiden kimi qorxuya,mandıraja düşürler. Almaniyadısa 101% uduzmuşuq. Axı dünenki Almaniya ne günde idi? Dünenki Almanya Qarabağın meğlub etdiyi Rosenborg klubu ile demek olarki tam eyni, beraber seviyyedi idi ve burdan da açıq aşkar görünürki Berti Fox sehv taktika seçdi!!! Her ölkenin gerek milli yığmasında öz milletinden olan baş meşqçi işlesin ! Heç olmasa Şahin Diniyev olanda uduzduq ama vuruşa vuruşa, qol vuraraq uduzurduq! Vogts olan yerde inkişafdan danışmaq yersiz olardı!!! Bura Türkiye olsaydı o meşqçini 1 saata öz evine yola salmışdılar...........
Bizim azarkeşlerden danışmaq isteyirem.30 min adam da ele bil teatra baxmaga gelib. Gedin heç olmasa diger ölkelere baxın. Yaşlı,qoca,qadın,genc hamısı 90 deqiqe ayaq üste olurlar, destekleyirler. Ama bizde eksinedi. Eger fikir verdinizse bura gelen almanların içinde yaşlılar bele varıydı. Neyse.............Ugurlar!!!

Cəlil Cəbrayılov: salamlar... bilirsiz, bezen seviyyeden danishirlar..sohbet seviyyeden getmir..sohbet ondadir ki, onlar da insandirlar, bizimkiler de.onlarin da iki ayagi var, bizimkilerin de. nolsun kiminse adi ballak, ya da lam dir..nolsun qarsimizda Almaniyadir...sohbet ondan gedir ki, bizim oyuncular agilli futbol oynaya bilmir..hemishe eyni sehvleri tekrar edirler. arxada aldadirlar(Samir Abbasov topu itirdi, qapimiza qol vuruldu), aciq olan yere, bosh olan yere oturme gec olur, ya da hec olmur, oyuncular yaxin oynamir, acilmir, gozleyirler top ozu gelsin. hem de telesirler..gerek oyuncu acilsin, yaxin oynayib pas istesin, ve bosh movqede olan oyuncuya pas otursun, daha 2-3 neferin yaninda dayanib nedi-nedi qabaqda olan oyuncuya atmali deyiller.
o ki qaldi Samir Abbasov ve Chertaqanova...Foqts mence onlari da oynatmali deyil..sehv etmiremse Samir evvelki oyunlarda da bele sehvlere yol verirdi.
mence bizim futbolculara bir az da texniki-taktiki ders kecmelidirler, oyuncular hem de qacmagi oyrenseler yaxsi olar..Elvinnin yaxsi dusuncesi var, ama qaca bilmir...nese, sizi yorum, cox sagolun ki, bizlere imkan yaradirsiniz..

Zöhrab Həsənov: Nə qədər ki,milli komandanı əcnəbilərə tapşırmışıq heç bir nəticə olmayacaq. Çünki onlar bizim milli hisslərimizi anlamazlar. Milli komandaya zəif belə olsalar yerli məşqçi və yerli futbolçular cəlb olunmalıdır. Bəlkə ondan sonra qələbə görək və sevinək.

Kamil Zəngilanlı: Salam.Qol.az sayti.sadece Turklerin qelebesine sevindim, sherefli TURK yigmasi, leyaqetli TURK yigmasi,milletini seven TURK yigmasi, sevdiklerini sevindirmeyi bacaran TURK yigmasi, yigmasinin bashinda dayanan TURK insani. men onlari tebrik edirem,eminem ki onlar final merhelesinde oynayacaq, bizimkilere gelince,stadiona getmishdim,tam semimi deyirem almanlara gore.zovq aldim 17 ve 4 nomrelerin oyunundan. Serdar (4)bizim oyunculara futbolu oyredirdi. nese,sizlere ugurlar. 

İsa Mirzəzadə: HAMINI SALAMLAYIRAM.YENƏ DƏ MƏGLUB OLDUQ.MƏN YEGANƏ OLARAQ SAMİR ABBASOVDAN DANİŞACAM.BU İNSAN TOPLA OYNAYA BİLMİR,GORMUŞÜK Kİ TOP AYAGİNDA OLANDA QABAGA BAXMALISAN BU İNSANİN İSƏ BAŞİ VECNİ AYAGİNA BAXİR. DEMƏK OLAR Kİ OYNAYA BİLMİR, 2 QOLDA DA ONUN SƏHVİ OLDU, BUTUN OYUNU O KORLAYİR. AMMA NƏ OLSUN BUTUN OYUNLARI DA FOKS SALİR. BU OYUNCU MİLLİDƏ YOX HEC KLUBDA DA OYNAMAMALİDİ. SAŞA YUNUSOGLUNUN YERİNƏ- MAKSİM MEDVEDYEV, AXTYAMOVUN YERİNƏ-BƏXTİYAR SOLTANOV, ÇERTEQANOVUN YERİNƏ-YA CAVİD HUSEYNOV YA DA ƏFRAN İSMAYİLOV OYNAMALIDIR (HONKA İLƏ OYUNDA ZOR OYNAMİŞDİ).

Emin Kərimov: Ilk defe Azerbaycanda futbolseverler ucun bele bir serait yaratdiginiz ucun size tesekkur edirem.O ki qaldi yigmamizin oyununa......Foqts gelenden yigmamizin oyununa baxanda (ve yaxud da baxmayanda) adamin ureyi agrayir. Deyerdim ki, esl azarkesin ureyi agrayir. Amma, Foqtsun hec vecine de deyil. Fikir verin, komanda oyun boyu duz-emelli hucum qura bilmir (son anda Cavadovun, Sukurovun ayaglari esir), Foqts ise 90 deqiqe gulur. Bir de ki gulmeyib neynesin. Istenilen mesqciye ayina 95 min avro versen guler de.....Adamin yandiran orasidir ki, Foqts bu pulu havayi alir. Yigmaya gelenden inkisafin olacagindan soz acir. Halbuki, yaxin 2 il erzinde hec qol da vura bilmemisik. Sonra da bizim futbolculari laga qoyur. Konkret olaraq deyerdim o pullari futbola yox, Foqtsa xerclemekdense, vallah qoy inkisaf getmesin amma o pullari ozumuzunkune verek. Neyi pis idi Sahin Diniyevin, Coko Haciyevskinin,Vaqif Sadiqovun...Tekce Haciyevski geldiyi qisa zamanda ele bir veziyyet yaratmisdi ki,futbolumuzun geleceyine inanirdiq.Amma birden-bire hec bir yerde uguru olmayan, getdiyi yerden qovulan ve birden cennet bir mekana dusen mesqciden ne ise gozleyirikse demek ozumuzu aldadiriq. Daha besdir. Foqts istefaya gonderilmelidi. Ferqi nedir ki yigmamiz mesqcisiz qalsin xal toplamasin ve yaxud mesqci ola-ola xal toplamasin. Oyun tecrubesi olmayan Axtyamov, Zeynal Memmedov kimilerin, mudafiede Samir Abbasov, Mahir Sukurov, Rail Melikov, Certaqanov kimi yaritmaz mudafiecilerle inkisaf olmaz. Bir sozle Foqtsla Azerbaycan futbolunun geleceyine i n a n m i r a m .

Əli Bürcəliyev:  yazmaq istədiklərimin demək olar hamısını millinin sadiq azarkeşləri artıq yazıblar və fikirlərini bildiriblər. Mənim fikrimcə elə savadlı futbol azarkeşləri var ki taktikanı məşqçilərin çoxundan yaxşı qura bilərlər, eləcə də Foqtsadan. necə deyərlər, elin gözü tərəzidir. Amma təəssüf ki bizim gördüklərimizi Foqts görmür. Götürək Samir Abbasovu. bu futbolçunu tanıdığım vaxtdan qeyri-adi oyununu görməmişəm.Bircə dəfə səhv etmirəmsə kubokun finalında fərqlənib, vəssalam. Öz klubunda mərkəz müdafiəçisi oynayan futbolçunu məşqçi hansı məntiqlə dayaq yarımmüdafiəçisi kimi oynadır? Guya dağıdıcı funksiyası yerinə yetirir. Müasir futbolda dayaq yarımmüdafiəçisi hücum qurmağı da bacarmalıdır. Yoxsa hər oyunda Samirin səhvlərinin ucbatından uduzuruq, sonra da müsahibədə deyir ki oynaya bilmirik. Əgər etiraf etməyi belə bacarırsansa ay Samir, onda niyə özünə bu qədər nifrət qazandırırsan? Görürsənki oynaya bilmirsən, get dəəəə!! Legionerləri bəyənmirik, amma Subaşiç açıqlayır ki son vaxtlar millidə oyunu alınmadığından özü könüllü imtina edib ki yerinə daha hazırlıqlı oyunçular çağırılsın. Subaşiçin Foqtsla şəxsi probleminin isə bizə aidiyyəti yoxdur. Mahir Şükürov Torresin vaxtından millidədi və demək olar hər dəfə etimad göstərirlər ona. Amma şəxsən mən onun indiyədək qapı qarşısına 1(!!!) dəfə də olsun dəqiq asma etməsini görməmişəm. Yəqin mənim bu faktımla əksər futbol azarkeşləri razılaşar. Asma etməyi bacarmayan cinah oyunçusu olaaaar?? Mən Mahirin əzmkarlığını və çalışqanlığını danmıram lakin təkcə bununla iş bitmir. Almanlarla oyunda onun rəqib müdafiəçinin qabağında ayağını topun üzərindən keçirib 1 neçə fint etdikdən sonra irəli getmək əvəzinə topu geriyə ötürdüyünü görəndə gülməkdən özümü saxlaya bilmədim :))  nə isə.....Foqtsun günahını təkcə oyunçu seçimində görürəm. digər cəhətlərdə, əzmkarlıqda, sonadək mübarizə aparılmaqda irəliləyiş göz önündədi. Birdə ki milli hələ 2 və 3 hücumçu ilə oynamağa hazır deyil məncə. Bu taktika hələlik normaldı. Bütün azarkeşlərə yığmaya layiq gördükləri oyunçuları milliyə təklif etməyi məsləhət görürəm. Məsələn, Rəşad Abdullayev, Rəşad Sadiqov, Əfran İsmayılov və b.

Ramin Həbibov: Salam evvela haminizi tebrik edirem Azerbaycan-Almaniya 0:2 bu ozu ele nese demekdir vaxt vardi 8:0 uduzurdug deyirdiler pisdir hal hazirda avropanin en guclu komandasina layiqince muqavimet gosterdik hec de pis oynamadiq.Vagif Cavadov 20 yasi var Hitsbelqer bacarmirdi onunla. Axtyamovdan basqa butun futbolcilarimiz oz milli cempionatimizda top qovurlar yeqinki Almaniya yigmasinin futbolcularindan danismaq yersiz olardi,haminiz bu futbolculari lap yaxsi taniyirsiz Ballack,Klose,Svaynstayqer... coxlarinin favorit futbolcularidi bunlara qarsi bizim futbolcular ne etsinler. Samir Abbasov 9 nomreni dasiyir mudafiyecidir hele utanmirda uzaqdan zerbe vurur top qapidan arali kecir deyinirde. menim fikrimce millide en yaxshilar bu futbolcuar idi:SAHSA YUNUSOGLU,MAHIR SHUKUROV,EVLIN MEMMEDOV, VAQIF CAVADOV VE VUQAR NADIROV.Yazdigim fikirller shexsen menim fikirlerimdi ve her kesin fikrine hormetle yanashiram . HAMINIZI LENKERAN SHEHER STADIONUNA DEVET EDIREM AZERBAYCAN-FINLANDIYA 5 SENTYABR SAAT 20:00 KOMANDAMIZA UGURLAR.GELIN BIR OLAQ

Kamil İsmayılov: QOL AZ saytina ilk novbede minnetdarligimi bildirirem.....oyun haqqinda ikili teesuratlarim var...bir terefden yaxshi oynadigimizi demek olar...ikinci terefden mudafienin inamsiz, qorxaq oyunu, yarimmudafienin xaotik oynamasi...bilirsinizmi mene cox teecubludur ki, bizim futbol bashbilenlerimiz yetirmelerine meglubiyyet ashilayan meshqcini nece ish bashinda saxlayir? yadinizdadirmi Ehmed Elesgerov Portuqaliya ile oyundan evvel yetirmelerini nece motivasiya etmishdi? Bize bele meshqciler lazimdi...daha komandasinin hucumuna teecublenib kinaye ile gulen alman FIRILDAQCISI yox....Heyetle bagli da cox danishmaq olar ancaq menasiz...D/Axtyamov hansi xidmetlerine gore millinin formasini geyir? S.Abbasov idman formasindan uzaq ola ola nece heyete salinir? Certaqanovun ozumuzkulerden hec neyi artiq deyil vallah.....Bele meglubiyyetler SH.Diniyevin de, E.Abdullayevin de, V.Sadiqovunda vaxtinda var idi...ele onlara 5 il vaxt verek qoy netice versinler de ......ecnebi meshqci axtaririqsa bize ilk novbede Turkiye,ikinci variant Rusiyadan seviyyeli meshqci lazimdir...en azindan dil problemini hell etmish oluruq...bize oz hemyerlileri ile oyunda inamsizliq ashilayan meshqci lazim deyil....Biz hemin gun Almaniya millisini cesaretli oynasaydiq meglub ederdik...en azi hec heceni qorumagi bacarardiq...Yigmamiza Fatih Terim ruhu.Ehmed Elesgerov psixologiyasi olan meshqci lazimdir.........bele meshqcilewr coxdur ...secimi duzgun etmeliyik...........YIGMAya novbeti oyunlarda ugurlar arzulayiram....Bu bizim milletin yigmasdidi....Men futbolcularimiza arzu edirem ki gozel oyun gosterib Foqtsin gozu deshib yigmaya dushsunler...oradan Perreyra,Certaqanov,Axtyamov,Ramim ve s/ onun kimi seviyyesizleri yigmamizdan (BIZIM) uzaqlashdirsinlar... Yigmamizi bazara cevirenler cavab verecekler....bu milletin yigmasi ile mezelenmek olmaz.........Inamimizi itirmeyek... 

Master boy: Hormetli futbolseverler! Men haminin fikrine hormetle yanasiram, amma burda Almaniyani "MEGLUB EDE BILERDIK" ve ya "HEC-HECE" ede bilerdik fikirleri sadece gulus dogurur mende..Lap radiolarin birinde "ARZULAR, ISTEKELR.." proqrami
yadima dusdu. Dusunurem bu sadece sadelovlukdur! Bu boyda futbol tarixi, bu boyda futbol tecrubesi olan 1 komandani nece Azerbaycan Millisi ile muqayise etmek olar axi, men bunu basa dusmurem! Bu absurd 1 seydir!!! Her seye REALLIQla nezer yetirmek lazimdir. Yene de oz fikrimde qaliram, yigmamiz oynamadi, sadece ALmaniya millisi "OYNAMADI". Onlar oz gucleri serf etmek bele istemediler, bu sadece 2 alman mutexessis arasinda olan 1 anlasma idi, vessalam!!! Boyuk heab qeyde alinmir, Almanlar ele de cox guc serf elemir, ve sonda 3 xal!!


 
 


Son xəbərlər
19.01.25  15:46

Uolker "Milan"da