Hazırda Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi
- Əvvəlcə təlim-məşq toplanışı barədə məlumat verməyinizi istərdik…
- Bu təlim-məşq toplanışı 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə yarışına hazırlıq məqsədi daşıyır. Minskdə bir həftə ərzində üç yoldaşlıq görüşü keçirəcəyik.
- Hazırlığa tam heyətləmi başlamısınız?
- Minskə avqustun 9-da 16 futbolçu ilə gəlsək də, elə həmin gün U-21 yığması ilə Almaniyada təlim-məşq toplanışında olmuş daha 4 futbolçu heyətimizə qoşuldu. Bundan başqa, iki futbolçumuz – qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Araz Abdullayev əsas yığmanın heyətində Bakıda Almaniya ilə oyuna hazırlaşır.
- Heyətdə zədəli futbolçu varmı?
- Tərlan Quliyev və Orxan Həsənov ilk məşqdə komandadan ayrı, fərdi qaydada çalışdılar. Tərlan, yəqin ki, ilk yoldaşlıq görüşündə oynaya biləcək. Bundan başqa, digər futbolçumuz Şəhriyar Xəlilov əməliyyat olunduğundan, ümumiyyətlə, Minskə gəlməyib.
- Yoldaşlıq görüşü keçirəcəyiniz rəqiblər barədə nə deyə bilərsiniz?
- Belarusun U-19 yığması ilə iki yoxlama oyunu keçirəcəyik. Güclü komandadır. Onlarla bu ilin yanvarında Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə qarşılaşmışıq. O vaxt bu komandaya 0:1 hesabı ilə uduzmuşduq.
- Məlum olduğu kimi, U-19-un Avropa çempionatının seçmə mərhələsindəki oyunları İsraildə keçiriləcək. Seçmə turnir ərəfəsində U-19 yığması üçün daha bir toplanış nəzərdə tutulubmu?
- Sentyabr ayında daha bir təlim-məşq toplanışı keçirəcəyimiz istisna deyil. Amma bu məsələ hələ ki dəqiqləşməyib
Mənbə: affa.az
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video