Dövrələrarası fasilənin sona yaxınlaşması ilə "Qəbələ" transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün “Qəbələ” daha 6 futbolçuyla rəsmi müqavilə imzalayıb. Yeni transferlərdən beşi - Mikola Gibalyuk, Milan Antiç, Milan Marinkoviç, Razvan Tarlea və Lyubo Baranin müdafiəçi, Vladimir Bondarçuk isə yarımmüdafiəçidir. Adıçəkilən futbolçuların hər biri ilə birillik müqavilə imzalanıb.
Yeni transferlər arasında təcrübəsinə görə Tarlea və Gibalyuku fərqləndirmək mümkündür. 177 sm boyu olan Tarlea 1979-cu il avqustun 5-də Rumıniyada anadan olub. Karyerası ərzində "Farul" (1999-2000), "Midiya" (2000-02), "Kluj" (2002-07) və "Politexnika"nın (2007-09) şərəfini qoruyan Razvan ən yaxşı illərini "Kluj"un çiçəklənən dövründə - 2003-05-ci illərdə keçirib. Hətta 2004-05 mövsümündə aktivinə 3 qol yazdırıb.
Gibalyuk (fotoda) isə yaşının o qədər də çox olmamasına (25 yaş) baxmayaraq, Ukrayna çempionatının yüksək liqasında xeyli təcrübə toplaya bilib. 2003-07-ci illər ərzində "İliçevets"in forması altında çıxış etmiş Gibalyuk müdafiə ilə yanaşı, yarımmüdafiənin sağ cinahında da oynaya bilir. Onun son klubu isə Moldova "Daçiya"sı olub.
Daha bir ukraynalı - dayaq yarımmüdafiəçisi Vladimir Bondarçuk uzunmüddətli baxışdan sonra komandaya götürülüb. Həm top alma, həm də meydançanı görmə qabiliyyəti ilə məşqçilərin rəğbətini qazanan Bondarçukun son klubu Ukrayna çempionatının birinci divizionunda yarışan "İqroservis" olub. 28 yaşlı futbolçu "Dnepr", "Nafkom", "Kristall", "Sevastopol" kimi klublarda çıxış edib, 2007-ci ildən isə "İqroservis"in şərəfini qoruyub.
Müqavilə bağlanan oyunçular arasında üç nəfər serb var ki, onların da hər birinin mövqeyi müdaiəçidir.
Sağ cinah müdafiəçisi Milan Antiç 1 iyul 1981-ci ildə Niş şəhərində anadan olub. Sürətli ilə seçilən Antiç "Qəbələ"dən öncə Çernoqoriyanın "Yedinstvo" klubunda oynayıb. 27 oyunda meydançaya çıxan serbiyalı müdafiəçi 1 qolla yadda qalıb. Yüksək fiziki göstəriciləri olan (194 sm bo, 96 kq çəki) Lyubo Baranin son iki ili "Bejaniya"da keçirib. 23 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm unikal göstərici ilə seçilib. Belə ki, o, keçirdiyi 30 oyunda 6 qol vurub. Baranin iki il öncə Serbiya olimpiya yığmasında da oynayıb və sonuncu matçını 2007-ci ildə San-Marinoya qarşı keçirib. Digər mərkəz müdafiəçisi Milan Marinkoviç də Baranin kimi gəncdir. Bundan öncə vətənində "Radniçki"nin formasını geyinən Marinkoviç meydançada soyuqqanlılığı və diqqətli olması ilə seçilir.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels